
Əsgərov Ənnağı Musa oğlu
İnformatika kafedrasının müəllimi
Mən Əsgərov Ənnağı Musa oğlu 1970-ci il aprel ayının 27-də Naxçıvan rayonu Əz.Təzəkənd kəndində anadan olmuşam. Azərbaycanlıyam.
1977-ci ildə həmin kəndin 8 illik məktəbinin 1-ci sinfinə daxil olmuşam. 1987-ci ildə Xıncab kənd orta məktəbini bitirmişəm. Həmin ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşam. 1988-1989-cu illərdə hərbi xidmətdə olmuşam. 1993-cü ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Ümumi texniki fənlər, əmək, əlavə informatika müəllimliyi” ixtisasını bitirmişəm. 1994-1995-ci illərdə Babək rayon Təzəkənd kənd orta məktəbində müəllim vəzifəsində işləmişəm. 1996-1999-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri xidmətində müddətdənartıq hərbi xidmətdə olmuşam. 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasında EHM rəisi vəzifəsinə qəbul olunmuşam. 2018-ci ildən həmin kafedrada müəllim vəzifəsində işləyirəm.
Elmi əsərlərin siyahısı
Sıra sayı | Elmi əsərin adı | Jurnal və ya nəşriyyatın adı, nömrəsi, tarixi | Həmmüəlliflər |
1. | Şərqi Arpaçay hövzəsinin fiziki- coğrafi xüsusiyyətləri | AMEA NB Xəbərlər. №2, Naxçıvan, 2016. s.291-296 | Bababəyli N. Qurbanov Ə. |
2. | Şərqi Arpaçayın hidroloji xüsusiyyətləri | Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri. Cild 19, №2 , Bakı , 2016. s.57-62 | Bababəyli N. Qurbanov Ə. Həsənova F. |
3. | Naxçıvan Muxtar Respublikası çaylarında sel hadisəsi | Naxçıvan Universiteti. Elmi əsərlər, Naxçıvan, 2017, №2, s.221-231 | X.Ə.Əsədov Bababəyli N. |
4. | Kotamçay hövzəsinin ekocoğrafi şəraiti | Azərbaycan Milli Aerokosmik Agentliyi, Xəbərlər, 2017. Cild 20, №3, s.17-21 | X.Əsədov Bababəyli N. M.Bəkirli |
5. | Naxçıvan Muxtar Respublikası ərazisində cazibə, su-cazibə proseslərinin aerokosmik metodlarla tədqiqinə dair | Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları. NDU “Qeyrət” nəşriyyatı, 2019, s.326-330 | Bababəyli N. Qurbanov Q. |