Əzizə Nazim qızı Əliyeva

baş müəllim

1980-ci il iyulun 29-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nəzərəbad kəndində anadan olmuşdur. 1998-2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filalogiya fakultəsinin Fransiz dili müəllimliyi ixtisasını müvəffəqiyyətlə bitirib. 2002-2003-cü illərdə Fransanın Strasburq şəhərində Mark Blok Universitetinin (indiki Strasburq Universitetində) fransız dili üzrə Magistratura dərəcəsi; 2004-2005-ci illərdə Strasburq şəhərində Mark Blok Universitetinin Türkologiya bölməsinin türk dili, ədəbiyyatı və sivilizasyası bakalavr dərəcəsi; 2006-2007-ci illərdə Strasburq şəhərində Mark Blok Universitetində (indiki Strazburq Universitetində) fransız dili üzrə Fransız dili xarici  ölkələrdə, dil, cəmiyyət, müxtəlif mədəniyyətlər və metodologiya sahəsində Master 2 dərəcəsi; 2007-2008-ci illərdə Fransanın Strasburq şəhərinin Strazburq Universitetində fransız-dili üzrə İkinci və xarici dil kimi Fransız-dilinin əcnəbi ölkələrdə təşkili və tədrisi sahəsində Magistr 2 dərəcəsi almışdır. 2008-ci ildən Naxçıvan Dövlət Universitetinin Roman-german dilləri kafedrasında fransız dili müəllimi kimi fəaliyyət göstərir. 2016-cı ildən baş müəllimdir. 2009-cu ildə Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Fransa mühacirət ədəbiyyatında Azərbaycan mövzusu” adlı elmi iş götürmüşdür. 12 elmi məqalənin müəllifidir.

 

Dərc olunmuş elmi məqalələr:

 

  1. “Promue de bac de la filière”. Le français en Azerbaïdjan jurnalı, 2008, juin, №2 (10), s.58
  2. İlk frankafoniyalı azərbaycan qadını Üm-Əl- Banu Mirzə qızı Əsədullayeva (Banin), Elmi əsərlər, NDU, “Qeyrət”-2009, №2 (27), səh. 163-166
  3. Les locutions phraseologiques, Le français en Azerbaïdjan, №2 (10) juillet- 2009,s. 61-65
  4. Azərbaycan və Fransa ədəbi əlaqələrinin bəzi aspektləri. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. 2016, №4, s.52-57
  5. Orta və ali məktəblərdə fransiz dilinin tədrisinin bəzi məsələləri. Konfrans məqaləsi, Naxçıvan Dövlət Universiteti, “Xarici dillərin tədqiqi və tədrisinin aktual problemləri” Beynəlxalq elmi konfransın materialları. Naxçıvan: Qeyrət, 2017.82-84
  6. Mühacirətdə vətən həsrəti. NDU-nun “Elmi əsərlər”i. Humanitar elmlər seriyası , 2017. №1 (82), s. 151-153
  7. “1998-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində fransız dili”. (Konfrans mövzusu-Naxçıvan Dövlət Universiteti 50 ildə), Konfrans məqaləsi, NDU “Qeyrət” nəşriyyatı, 2017, 72-73
  8. Azərbaycan və Fransa əlaqələrinin tarixi. NDU-nun “Elmi əsərlər”i, Humanitar elmlər seriyası, 2017, №5 (86), s.287-290
  9. Məhəmmədağa Şahtaxtlı yaradıcılığında Azərbaycan-Fransa əlaqələri AMEA-nın “Xəbərlər”i. Humanitar elmlər. Bakı. 2017, №2, s.163-167
  10. Ceyhun Hacıbəyli və Fransada mühacirət həyatı, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, №1, I cild, “Qeyrət” – 2018  səh.49-53
  11. Fransız dilinin tədrisində innovativ metodlardan İKT-nin tətbiqi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 5, “Qeyrət” – 2018 səh.138-140
  12. “Yusif Vəzir Çəmənzəminlinin 1923- 1926-cı illərdə Parisdə qürbət həyatı”. Elmi əsərlər, Humanitar Elmlər seriyası. Naxçıvan NDU, “Qeyrət”-2019, №1 (98), Cild1, s.26-28
  13. Azərbaycan mühacirətində Fransa izləri, Elmi əsərlər, Humanitar Elmlər seriyası. Naxçıvan NDU, “Qeyrət” 2020 № (105) s.161-164
  14. Avropa (Fransa) müqavimət hərəkatında azərbaycanlı döyüşçülərin rolu və yeri (Əhmədiyyə Cəbrayılova aid materiallar əsasında), Elmi əsərlər, 2020 № 4 (62), səh 117-120
  15. The theme of “France” in Azerbaijani literature, Məqalə Beynəlxalq elmi konfrans European Research İnternational Scientifique Conference Penza 2021s.97-99
  16. Azərbaycan və Fransız dillərində frazeoloji birləşmələrin tərcüməsi məsələləri, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitu “Axtarışlar”  (ədəbiyyatçünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) №1, (39) s.52-57Naxçıvan “Tusi” 2021, Cild 14 səh. 81-85
  17. Müqayisəli tipologiya (Fransız dili), Proqram , (bakalavr hazırlığı üzrə), Naxçıvan NDU, “Qeyrət” 2021, 33 səh.
  18. Xarici dilin üslubiyyatı (Fransız dili), Proqram (bakalavr hazırlığı üzrə), Naxçıvan NDU, “Qeyrət” 2021, 30 səh.
  19. Fransız və azərbaycanca frazeoloji birləşmələr lüğəti, Kitab Metodik vəsait, Naxçıvan NDU, “Qeyrət” 2021, 135 səh.