[ultimate_heading main_heading=”Əlilliyi Olan Tələbələr Üçün Mərkəz” heading_tag=”h1″ margin_design_tab_text=””][/ultimate_heading]

Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının əsasının qoyulması” (ESFIDIP) adlı Tempus layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasına zəmin yaratmaq və Avropa təcrübəsini Azərbaycan ali təhsil müəssisələrində tətbiq etməkdən ibarətdir. Layihənin digər məqsədləri aşağıdakılardır:

Azərbaycanın Ali təhsil müəssisələrinə əlilliyi olan tələbələrin cəlb edilməsi və dəstəklənməsi üçün uyğun siyasətin və təlimatların hazırlanması

Ali Təhsil Müəssisələrində, tələbələrin, müəllimlərin və işçilərin təlimləndirilməsi;

Yerli tərəfdaş Universitetlərdə “Əlilliyi olan tələbələr üçün Mərkəz”lərin yaradılması;

Layihə barədə ictimaiyyətin məlumatlandırılması;

Layihə zamanı əldə edilən nəticələr:

  1. Azərbaycanın Ali təhsil müəssisələrində əlilliyi olan tələbələrin ehtiyacalarının qiymətləndirilməsi;
  2. Ali təhsil müəssisələrində əlilliyi olan tələbələri üçün uyğun siyasətin və təlimatların hazırlanması və inkişafı;
  3. Əlilliyi olan tələbələr üçün Mərkəzlərin yaradılması;
  4. Ali Təhsil Müəssisələrində tələbələrin, müəllimlərin və işçilərin təlimləndirilməsi;
  5. Yerli tərəfdaş Universitetlərdə pilot proqramın həyata keçirilməsi;
  6. Layihə barədə ictimaiyyətin məlumatlandırılması
  7. Davamlılıq

Əməkdaşlar

Azərbaycan

  1. Xəzər Universiteti (koordinator)
  2. Gəncə Dövlət Universiteti
  3. Naxçıvan Dövlət Universiteti
  4. Sumqayıt  Dövlət Universiteti
  5. Lənkəran Dövlət Universiteti
  6. Azərbaycan Dövlət İqtisad Universiteti
  7. Əlil Təşkilatları İttifaqı
  8. Azərbaycan Respublikası Təhsil Nazirliyi
  9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Avropa Birliyi

  1. Human European Consultancy (Niderland)
  2. Lodz Universiteti (Polşa)
  3. Makedoniya Universiteti (Yunanıstan)
  4. Qraz Universiteti (Avstriya)