Məhsəti Qasım qızı Əsgərova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
1968-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə ADU-nun Fransız və ingilis dilləri müəllimi ixtisasını bitirib və Şərur rayon M.Mehrab kənd orta məktəbində fransız dili müəllimi kimi fəalıyyətə başlayıb. 1999-cu ildən NDU-da fransız dili müəllimi işləyir. 2014-cü ildə “Fransız dilinin Azərbaycanda tədqiqi tarixi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2016-cı ildən NDU-nun “Roman-german dilləri” kafedrasının müdiri kimi fəaliyyət göstərir. Həmin ildən də kafedranın dossent vəzifəsinə təyin edilmişdir. 2019-cu ildə Fransa Dövlətinin Akademik Palma Ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyasının Bakıda və ölkəmizin müxtəlif bölgələrində birgə təşkil etdikləri bir çox treyninqlərdə, Fransanın Strasburq şəhərində Mark Blok Universitetində, Bezanson şəhərində Franş-Konte Universitetinin Tətbiqi Dilçilik Mərkəzində, Bordo-Montan Universitetində seminarlarda iştirak etmişdir. 1 dərslik, 1 monoqrafiya və 20-yə yaxın elmi məqalənin müəllifidir.
Dərc olunmuş elmi əsərlər
- Müasir Fransız və Azərbaycan dillərində ismi xəbər, Məqalə, Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, II buraxılış, Bakı, Mütərcim, 2006.-318s. 22-24
- Azərbaycan və Azərbaycan ədəbiyyatı Fransa mənbələrində, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, Bakı,2009, № 6.-422 s. 407-411
- Fransız dili və Fransa ədəbiyyatı Azərbaycanlı ziyalıların maraq dairəsində, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, “Elm və Təhsil” Bakı,2009, № 11. -510 s. 69-76
- Azərbaycanda fransız dilinin formalaşması, mövqeyi və inkişafı tarixinə dair, Məqalə,(xaricdə) Kültür Evreni, üç ayda bir yayımlanan uluslararası sosyal bilimlər dergisi, Ankara, 2010, sayı 5.-424 s. 381-387
- Fransızca-azərbaycanca, Azərbaycanca-fransızca lüğətlər və danışıqda işlənən fransız sözlərinin lüğət tərkibində yeri, Məqalə, Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər, Humanitar elmlər seriyası, № 1, Naxçıvan, NDU, “QEYRƏT”-2010. -188 s. 109-113
- Azərbaycanda fransız dilinin fonetikası ilə bağlı aparılan tədqiqatlara dair, Məqalə, Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər, Bakı-2011, № 1, -420 s. 160-166
- Azərbaycanlı tələbə və şagirdlərin fransız dilindən şifahi nitq vərdişlərinə yiyələnmələrinin bəzi məsələləri haqqında, Konfrans materialı, Bakı Slavyan Universiteti Gəncə Dövlət Universiteti, Azərbaycanşünaslığın aktual problemləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfransın materialları, I hissə, 4-7 may 2011, Bakı-Gəncə, -626 s. 371-374
- Azərbaycanda fransız dilinin qrammatikasına dair tədqiqatlar haqqında, Məqalə, NDU, Elmi əsərlər, humanitar elmlər seriyası N1, “Qeyrət” –
2011 135-140
- Исследование лексикологии и фразеологии французского языка в Азербайджанском языкознании, Məqalə (xaricdə), Московский Государственный Лингвистический Университет, Вестник МГЛУ № 21 (654) Москва, «Рема» 2012, 173-181
- Azərbaycanda fransız dilinin leksikoqrafiyası üzrə aparılan tədqiqatlara dair, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu,“Axtarışlar” elmi toplusu Bakı, 2013 / №4, 89-95
- “Kitabi-Dədə Qorqud” dastanları Fransada, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, “Axtarışlar” elmi toplusu Bakı, 2015 / 211-15
- Fransız dilinin Azərbaycanda tədrisi tarixi, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, “Axtarışlar” elmi toplusu Naxçıvan, 2016 / №4, 125-129
- Fransiz Dilinin Tədrisində İkt-Dən İstifadə, Konfrans məqaləsi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, Naxçıvan Qeyrət nəşriyyatı, 2017 .
- Məktəbəqədər yaş dövründə xarici dil öyrənmək, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 1, “Qeyrət” – 2017
- Fransız dilinin qrammatikası. – Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2017
- Fransız dili Əlcəzair ədəbiyyatında və Asiya Cəbbarın yaradıcılığına qısa baxış, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, №1, I cild, “Qeyrət” – 2018 səh. 192-194
- Fransız dilinin Naxçıvanda tədrisi və tədqiqi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 5, “Qeyrət” – 2018 səh.129
- Xarici dillər üzrə doktoranturaya minimum imtahanların proqramı, Naxçıvan Dövlət Universiteti, “Qeyrət”-2019, 13 səh.
- Monoqrafiya “Fransız dilinin Azərbaycanda tədqiqi tarixi” Naxçıvan, “Əcəmi” nəşriyyatı 2019.168səh.
- Naxçıvan ədəbi mühiti Şamil Zaman tərcümələrində, Konfrans materialı, Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2020
- Fransız-azərbaycan dillərində frazeoloji birləşmələrə dair aparılan tədqiqatlar, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 1 (110), “Qeyrət” – 2021 səh 65-68