Əli Lazım oğlu Allahverdiyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Əli Lazım oğlu Allahverdiyev 1949-cu ildə Naxçıvan rayon (hazırki Babək rayon) Şıxmahmud kəndində anadan olmuşdur. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “Fransız-Azərbaycan dili” ixtisasını bitirmişdir. 1972-1995-ci illərdə Babək rayon Cavidabad və Şıxmahmud kənd orta məktəblərində müəllim, 1995-1998-ci illərdə isə Naxçıvanda fəaliyyət göstərən Avropa İttifaqının “Equilibre” humanitar cəmiyyətində tərcüməçi və koordinator işləmişdir. 1998/99-cu tədris ilindən Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Roman-german dilləri kafedrasının müdiri (2000-2016) vəzifəsində çalışmışdır. 2016-cı ildən Roman-german dilləri kafedrasında dosent vəzifəsində işləyir. 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi medalı”, 2015-ci ildə Fransa Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən “Akademik Palma medalı” ilə təltif olunmuş, 2017-ci ildən isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”dir. O, Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində 1998-2000-ci illərdə 3 dəfə Fransanın Paris 8 və 2 dəfə İngiltərənin Preston Mərkəzi Lankaşir Universitetlərində Beynəlxalq əlaqələr şöbəsinin formalaşması proqramı layihəsində iştirak etmiş. Fransa səfirliyinin xətti ilə isə 1998 və 2004-cü illərdə Fransanın Kan və Besanson universitetlərində bir aylıq ixtisasartırma kurslarında olmuşdur. O, 1 dərs vəsaiti, 1 metodik vəsait, 1 monoqrafiya, 1 proqram və 40-a yaxın elmi məqalə müəllifidir.
Dərc olunmuş elmi əsərlər:
- “Kitabi–Dədə Qorqud” fransız dilində, Məqalə, Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i, Naxçıvan, 2000, №7
- Fransız şərqşünası Lui Bazən “Kitabi–Dədə Qorqud” haqqında, Məqalə, “Fikir” jurnalı, Naxçıvan, 2001, №6
- Les poèmes de « Dédé Qorkoud » comme un des rares exemplaires de l’épopée mondiale, Məqalə, Université Marc Bloch de Strasbourg. “La Lettre des Lettres”. Strasbourg, 2002. Həmmüəllif Akademik İ.Həbibbəyli ilə birgə
- “Dədə Qorqud”un fransız dilində tərcüməsi məsələləri, Məqalə, Naxçıvan Dövlət Universi- tetinin “Elmi əsərlər”i, Naxçıvan, 2004, №13
- A propos de la traduction et de l’édition de l’épopée du « Liure de Dédé Korkut «aux langues européennes, Məqalə, Le français en Azerbaidjan Bakou, Publication “Adiloğlu”, décembre 2006№4
- Le fonctionnement de la filiére expérimentale française à l’Université d’Etat de Makhtchivan. Məqalə. Le français en Azerbaidjan, Bakou, Publication “Adiloğlu” juin–septembre 2006, №2,3
- Görkəmli türkoloq Lui Bazən. Türkoloq Lui Bazənlə jurnalist Ays Gollinin müsahibəsi, Məqalə, Folklor və Etnoqrafiya, Bakı, “Uğur” nəşriyyatı, 2004, №3
- “Kitabi–Dədə Qorqud” un Avropa dillərinə tərcüməsi və nəşri haqqında, Məqalə, Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i, Naxçıvan,Qeyrət nəşriyyatı, 2007, №1 (21)
- Qu’est–ce qu’on a gagné pendant dix ans dans l’enseignement du français, Məqalə, Le français en Azerbaijan, Bakou, Publication “Adiloğlu”, 2008, №2 (10)
- Fransız dilinin frazeoloji birləşmələri sinonimləri Metodiki-vəsait, “Adiloğlu” nəşriyyatı, Bakı, 2009
- Gənc nəslin formalaş-masında “Kitabi –Dədə Qorqud” dastanlarının rolu, Məqalə, Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər, “Məktəb” nəşriyyatı, Naxçıvan, 2009, №1 (17)
- Francophonie 2008 à L’Université d’Etat de Nakhtchivan. Məqalə. Le français en Azerbaid- jan,Bakou,Publication “Adiloğlu”, mars 2008, №1 (9)
- Les synonymes des locutions phrasélogiques françaises, Məqalə, Le français en Azerbaid- jan,Bakou,Publication “Adiloğlu”, 2009, decembre №4 (16)
- “Kitabi-Dədə Qorqud” dastanları Türk ədəbiyyatşünaslığında, Məqalə, Filologiya məsələləri: Bakı, 2009, №10
- “Kitabi-Dədə Qorqud” dastanlarında adqoyma mərasimlərinin keçirilməsi və mahiyyəti. Məqalə. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər,“Məktəb” nəşriyyatı,Naxçıvan, 2010, №1 (21)
- Fransız Qorqudşunas, Məqalə, Folklor və Etnoqrafiya, Bakı, “Uğur nəşriyyatı, 2010, №1
- L’utilisation du système de la Technologie de l’Information et de la Communication (TIC) dans les cours de français. Konfrans materialı. Naxçıvan Dövlət Universiteti. Elektron Naxçıvan–5, 2010
- Les Synonymes des locutions phraseologiques françaises. Le Français en Azerbaidjan. Bakou. Publication “Qanun” №3 (19)-4 (20)septembre, decembre, 2010
- Fransız dili. Dərs vəsaiti. “İdeya” nəşriyyat poliqrafiya evi, Naxçıvan, 2011
- Dədə Qorqud və onun kitabı haqqında bəzi düşüncələr, Məqalə, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, Naxçıvan Qeyrət nəşriyyatı, 2012
- Məşhur türkoloq və şərqşünas akademik Lui Bazənin “Kitabi-Dədə Qorqud” dastanları frasızca nəşrinə aid düşüncələri. Məqalə, Elmi əsərlər. Humanitar elmlər seriyası, Naxçıvan, NDU “Qeyrət”.2014, №5(61),səh80-82
- “Kitabi-Dədə Qorqud” Avropa dillərində, Məqalə, AMEA-nın Naxçıvan bölməsi, “Axtarışlar” 2015
- Məşhur Fransız akademiki, şərqşünası və türkoloqu Lui Bazən və onun “Kitabi-Dədə Qorqud” haqqında araşdırmaları, Məqalə, Azərbaycan Folklor İnstitutu, 2015
- Fransız dilinin frazeoloji sinonim birləşmələri, Məqalə, “Adiloğlu” nəşriyyatı, Bakı, 2015
- Fransız dili. Dərs vəsaiti. “Elm və təhsil”. Bakı 2015
- “Kitabi – Dədə Qorqud” Avropa dillərində, Məqalə, AMEA-nın Naxçıvan bölməs, “Xəbərlər” № 1.
- Passé composé zamanın fransız və azərbaycan dillərində tədrisi yolları və bunların arasındakı oxşar və fərqli cəhətlər, (Konfrans məqaləsi), Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, Naxçıvan Qeyrət nəşriyyatı, 2017 .
- Naxçıvan Dövlət Universitetinin 50 illik fəaliyyətində Fransa Respublikasının Strasburq Universitetinin filialı olan Fransız dili müəllimliyi ixtisasının keçdiyi yol və qazandığı uğurlar. – (Konfrans məqaləsi). Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, Naxçıvan Qeyrət nəşriyyatı,
- Fransız mənbələri Novruz haqqında, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, №1, I cild, “Qeyrət” – 2018 səh.189-191
- “Kitabi-Dədə Qorqud”un ilk tərcüməçisi Avropada və türk dünyasında tanınmış türkoloq Lui Bazən haqqında düşüncələr, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 5, “Qeyrət” – 2018 səh.225
- Xarici dilin qrammatikası fənni üzrə proqram, Naxçıvan Dövlət Universiteti, “Qeyrət”-2019, 15 səh.
- Dədə Qorqudun Oğuz Dastanlari Qəhrəmanlari Harada Və Nə Zaman Yaşamişlar Naxçıvan Dövlət Universiteti“Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 1 səh 20. Qeyrət 2019
- Fransız və azərbaycanca frazeoloji birləşmələr lüğəti, Kitab Metodik vəsait, Naxçıvan NDU, “Qeyrət” 2021, 135 səh.
- Ölkəşünaslıq (Fransız dili) (bakalavr hazırlığı üzrə) proqram, Naxçıvan NDU, “Qeyrət” 2021,
- Kitabi Dədə Qorqud dastanlarında qadına münasibət və ailə davranışları, NDU, “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 1 (110), “Qeyrət” 2021 səh 17-18