İsmayılov Elşad Sədayət oğlu
Əczaçılıq və stomatologiya kafedrasının müəllimi
İsmayılov Elşad Sədayət oğlu 1963-cü ildə Naxçıvan şəhərində anadan olmuş, 1980-ci ildə Azərbaycan Tibb Unuversitetinin Əczaçılıq fakültəsinə daxil olmuş və həmin ixtisası 1985-ci ildə bitirərək pravizor-texnoloq ixtisasını almışdır. 1985-ci ildən 1986-cı ilədək Bakışəhərində 45 saylı aptekində işləmişdir. 1986-cı ildən 1987-ci ilədək Naxçıvan şəhərində mərkəzi aptekdə pravizor-analitik işləmiş, 1987-1988-ci illərdə Nax.MR mərkəzi analitik laboratoriyanın müdiri, 1988-1990-cı illərdə 1 saylı aptek məntəqəsinin müdiri, 1990-1991-ci illərdə Bakışəhəri 55 saylı aptekin müdiri, 1991-1993-cü illərdə 1 saylıəczaçılıq deposunun müdiri, 1994-1996-cı illərdə mərkəzi aptekin 1 saylı filialının müdiri, 1997-ci ildən isə sərbəst olaraq aptek işlətmişdir. 2005-2010-cu illərdə dərman şirkətində işləmiş, 2011-ci ildə Naxçıvan şəhərində aptekdəçalışmış, 2014-cü ildən Tibb fakültəsində saat hesabı müəllim, 2015-ci ildən 0,5 ştat müəllim, 2017-ci ildən tam ştat müəllim vəzifəsində işləyir.
Dərc olunmuş elmi əsərlər
- Beynəlxalq Jurnallarda Məqalələr (web of science)
- Beynəlxalq Jurnallarda Məqalələr (sahə indeksli)
- Beynəlxalq Jurnallarda Məqalələr (digər indeksli)
- Azərbaycan ISSN`li Jurnallarda Məqalələr
- Dərman bitkilərinin stamotologiyada tətbiq edilməsi. Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər, Təbiət elmləri və tibb seriyası, 2016 №7 (88)səh.219
- Stomatologiyada vitaminlər Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər, Təbiət elmləri və tibb seriyası, 2017. №7 (88)səh183
- Xəstəxana apteklərində infuziya dərman preparatlarının hazırlanmasının əhəmiyyəti. Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər, Təbiət elmləri və tibb seriyası, 2021.№3 (112) səh.229