İRADƏ VƏTƏN qızı BAĞIROVA
İradə Vətən qızı Bağırova 1975-ci ildə Babək rayon Xal-Xal kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə Babək rayon Xal-Xal kənd orta məktəbində təhsil alaraq həmin məktəbi fərqlənmə ilə bitirmiş, 1992-95-ci illərdə Pedaqoji Kollec bitirmiş, 1995-97-ci illərdə Xal-Xal kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakültəsinə daxil olmuş, 2001-ci ildə bitirmişdir. 2003-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasında laborant və saathesabı müəllim işləmişdir. 2008-ci ildən “Naxçıvan” Universitetində müəllim, 2014-cü ildən isə “İdarəetmə” kafedrasının müdiri vəzifəsində işləyir. 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyati və menecment” kafedrasının müəllimidir. 2011-ci ildə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildən “Dünya iqtisadiyyati və menecment” kafedrasının dosentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dərc olunmuş elmi əsərləri
- Naxçıvan MR-in sosial-iqtisadi inkişafının əsas meyilləri və makroiqtisadi göstəricilərin təhlili. NDU, 2007.
- Xarici iqtisadi əlaqələrin idarə edilməsində gömrük işinin rolu. AMEA Naxçıvan Bölməsi. Naxçıvan, 2008.
- Beynəlxalq iqtisadi əlaqələrin inkişafında gömrük xidməti və fiskal vergilərdə onların rolu, Naxçıvan, 2009.
- Əqli mülkiyyət və elektron ticarətin iqtisadi inkişafa təsir amilləri. Elmi-praktiki konfrans. Gəncə, 2012.
- Gömrük işinin təşkili və regionun sosial-iqtisadi inkişafı. Dərs vəsaiti. Naxçıvan, 2012.
- İqtisadi təhlükəsizliyin təmin olunması inkişafın əsas amilidir. NDU. 2012.
- Azərbaycanın gömrük xidmətində narkomaniyaya qarşı mübarizə. Naxçıvan Müəllimlər İnstitutu “Regionun sosial-iqtisadi inkişaf problemləri”, (Elmi-praktik konfrans), Naxçıvan, 2006.
- Regional sosial-iqtisadi inkişafda gömrük xidmətinin rolu. Naxçıvan Müəllimlər İnstitutu. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi”, (Elmi-praktik konfrans), Naxçıvan, 2008.
- Gömrük işi regionda aqrar sahənin stiimullaşdırıcı amili kimi. “Naxçıvan MR-də aqrar islahatların gedişi və sosial-iqtisadi perspektivləri” (Elmi konfrans), Naxçıvan, 2008.
- Развитие научно-технического сотрудничества в системе современных международных отношений. Международный научный журнал. №1, Москва: «Спектр», 2009.
- İqtisadiyyatda inflyasiya və onun tənzimlənməsinin tədrisi məsələləri. Naxçıvan Müəllimlər İnstitutu. № 4(20), Naxçıvan, 2009.
- Gömrük işi Naxçıvan MR-in xarici əlaqələrinin tənzimləyici amili kimi.NDU, Elmi əsərləri, №2(34), Naxçıvan, 2010.
- Формирование и развитие экономических отношений Азербайджанской Республики с Европейским союзом.Молодой ученый, ежемесячный научный журнал. Чита: Издательство «Молодой ученый», 2011, №7(30).
- Gömrük işinin təşkilində iqtisadi təhlükəsizliyin və milli mənafelərin dövlət tənzimlənməsi. NDU, Elmi əsərlər, № 2(39), Naxçıvan, 2011.
- Sahibkarlığın inkişafında xarici iqtisadi əlaqələrin rolu. AMEA Naxçıvan Bölməsi, Xəbərlər, cild 7, №3, Naxçıvan, 2011.
- Особенности международных и социально-экономических отношений Нахчыванской Автономной Республики. Международный научный журнал. № 5, Москва: “Спектр”, 2011.
- Praktik audit. NÖU. Dizayn və poliqrafiya mərkəzi. Naxçıvan, 2013.
- Heydər Əliyev və gömrük siyasəti. NDU, Elmi əsərlər, № 2(58), Naxçıvan, 2014.
- Beynəlxalq iqtisadi inteqrasiya və regional inkişaf. Naxçıvan: “Əcəmi”, 2014.
- Proqram. NÖU Dizayn və poliqrafiya mərkəzi. Naxçıvan, 2014.
- Azərbaycan və Türkiyə Respublikaları arasında iqtisadi əlaqələrin təkmilləşdirilməsi. NDU, Elmi əsərlər, № 9(65), Naxçıvan, 2014.
- Naxçıvan iqtisadi rayonunda innovasiya fəaliyyəti sahəsində dövlət siyasəti və onun tənzimlənməsi. Tezis. “Naxçıvan Muxtar Respublika iqtisadiyyatının innovativ inkişaf istiqamətləri” (Elmi-praktiki konfrans), 28 noyabr 2014, Naxçıvan, 2015.
- Maliyyə bazarları. Fənn proqramı. Naxçıvan Universiteti, 2016.
- S/F. Strateji planlaşdırma. Fənn proqramı. Naxçıvan Universiteti, 2016.
- S/F. Bank uçotu. Fənn proqramı. Naxçıvan Universiteti, 2016.
- S/F.Milli mühasibat uçotu standartları. Həmmüəllif. T.Abbasov. Naxçıvan Universiteti, 2016.
- Beynəlxalq uçotda hesablar sistemi. Həmmüəllif. T.Abbasov. Fənn proqramı. Naxçıvan Universiteti, 2016.
- Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafında nəqliyyat sektorunun rolu. NU, Elmi əsərlər, № 2 (5), Naxçıvan, 2017.
- Naxçıvan Muxtar Respublikasının dayanıqlı inkişafında Heydər Əliyevin iqtisadi strategiyasının rolu. NU, Elmi əsərlər, № 3 (6), Naxçıvan, 2017.
- Xarici iqtisadi əlaqələrin sahibkarlığın inkişafına təsiri və iqtisadi təhlükəsizliyin təmin edilməsinin zəruriliyi. NU, Elmi əsərlər, № 4 (7), Naxçıvan. 2017.
- Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və əsas istiqamətləri. NDU, İqtisad Fakültəsi. Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı (Elmi konfransın materialları) Naxçıvan, 22 aprel 2019.
- Güclü investisiya və biznes mühitinin Azərbaycanın iqtisadi inkişafı prosesində əhəmiyyəti. NU, Elmi əsərlər, № 1 (12), Naxçıvan, 2019.
- Ulu öndər H. Əliyevin strategiyası Azərbaycanın hərtərəfli inkişafının əsas təməlidir. Naxçıvan Dövlət Universiteti, 2019.
- Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyada iştirakı və milli mənafelərin əlaqələndirilməsi problemləri. “Naxçıvan” Universiteti, 2019.
- İstehsalat təcrübəsinin gündəliyi. Metodik vəsait. “Naxçıvan” Universiteti, 2019.
- Azərbaycanın istehlak bazarının formalaşmasında yerli istehsalın və xarici ticarət iqtisadi əlaqələrin təsirləri. “Naxçıvan” Universiteti – Elmi Əsərlər, № 3 (14), Naxçıvan – 19-27s.
- İstehsalat təcrübəsinin gündəliyi. Metodik vəsait. “Naxçıvan” Universiteti – 2019
- Naxçıvanın iqtisadi təhlükəsizliyini təmin edən aparıcı sahələr və prioritet hədəflər. Naxçıvan” Universiteti – Elmi Əsərlər, № 4 (19), Naxçıvan – 27-30 s.
- Dünya iqtisadiyyatında informasiya sistemləri. Fənn proqramı. Naxçıvan Dövlət Universiteti-2020
- Regional idarəetmədə strateji tərəfdaşlıq. Fənn proqramı. Naxçıvan Dövlət Universiteti-2020
- Azərbaycanda sənaye məhəllələrinin fəaliyyətinə mane olan amillər və onların həlli yolları. NU, Naxçıvan: mədəniyyətlərin qovuşduğu məkan (Beynəlxalq elmi konfransın materialları) 22-23 oktyabr 2020-ci il, Naxçıvan. 367-372 səh.
- İnnovasiya yönümlü iqtisadiyyatın formalaşmasında intellektual mülkiyyət zəruri amil kimi. Naxçıvan dayanıqlı inkişaf, uğurlar, perspektivlər 1995-2020 (Beynəlxalq elmi konfransın materialları). 2021-ci il, Naxçıvan. 52-56 səh.
- Dövlətin büdcə xərclərinin səmərəliliyinin təkmilləşdirilməsi yolları. “Naxçıvan” Universiteti – Elmi Əsərlər. 2021
- Regional idarəetmədə strateji tərəfdaşlıq. Metodiki göstərişlər. Naxçıvan Dövlət Universiteti-2021
- İşgüzar yazışmalar. Metodiki göstərişlər. “Naxçıvan” Universiteti – 2021
- Ərzaq təhlükəsizliyinin təmin olunmasına regional yanaşma. NDU, “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: Yerli istehsal və uğurlu nəticələr” mövzusunda Respublika Konfransı. Naxçıvan – 2021. 33-41 s.
- Naxçıvan Muxtar Respublikasında innovasiyaların maliyyələşdirilməsi mexanizmi. NDU, “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri” mövzusunda Respublika Elmi-Praktiki Konfrans. Naxçıvan – 2021. 203-207s.
- Azərbaycan Respublikasının xarici ticarət əlaqələri və prioritet inkişaf istiqamətləri. Naxçıvan” Universiteti – Elmi Əsərlər, № 4 (19), Naxçıvan – 22-30 s.