1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Talıbov Seymur Vasif oğlu 2003-cü ildə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2007-ci ildə həmin ixtisasın bakalavr pilləsini, 2007-2010-cu illərdə isə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq magistratura pilləsini bitirmişdir. 2009-2010-cu illərdə magistratura təhsilini İngiltərənin London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirmişdir. 2011-ci ilin yanvar ayından naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili (PhD) alıb. 2014-cü ildə “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüququi problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2015- ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. 2016-ci ildən Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyir. 14 iyun 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosentidir.
Dərc olunmuş elmi əsərlər
- Enerji Təhlükəsizliyinin Beynəlxalq hüquqi problemləri. Dərs vəsaiti “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyi, Naxçıvan-20264
- Enerji təhlükəsizliyi məsələləri və Naxçıvan. Nax-DU-nun elmi əsərləri (ictimai elmlər seriyası) 2012, №1(45), s.111-114. 5
- Regional enerji təhlükəsizliyi üzrə əməkdaşlığın beynəlxalq hüquqi prinsipləri. Məqalə
Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi-analitik və praktiki jurnal 2012, №1 (29), s.76-86. 9
- Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq enerji təhlükəsizliyi üçün əhəmiyyəti. Məqalə. Nəqliyyat hüququ jurnal 2013, №4 , s. 112-122 10
- Energetika sferasında Azərbaycan Respublikasının Xəzər dənizi regionunda əməkdaşlığın beynəlxalq hüquqi formaları. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi-analitik və praktiki jurnal 2012, №3 (31), s. 29-38 9
- Enerji xartiyası üzrə Müqavilənin Xəzər dənizi regionu dövlətlərinin beynəlxaql hüquqi əməkdaşlığında rolu. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya problemləri elmi-analitik və praktiki jurnal 2012, №4 (32), s. 27-32 7
- Heydər Əliyev və müstəqil Azərbaycanın enerji diplomatiyası. Məqalə. Nax-DU-nun elmi əsərləri (ictimai elmlər seriyasının xüsusi buraxılışı) 2013 №1 (50), 73-76. 6
- Azərbaycan respublikasının energetika qanunvericiliyinin sistemi. Məqalə. Dirçəliş XXI əsr, 2013 176-177, s. 102-117 16
- Геополитическая ситуация в Нахчыванской Автономной Республике и правовые основы энергетической системы статья Право i суспiльство Киев (Украина) ,2013, №4, с.212-219; 7
- Энергетиская политика Азербайдшанской Республики и ее законодательная база статья Law and Politology (Право и политология), Кишинев (Молдова), 2013, №24, c. 58-64 6
- Enerji təhlükəsizliyinin regional amilləri. Məqalə. Nax-DU-nun elmi əsərləri (ictimai elmlər seriyası) 2013, №2 (53), s. 126-130. 4
- Regional enerji təhlükəsizliyinin prinsipləri. Məqalə. 10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr edilmiş Beynəlxalq elmi praktik konfransın (13-14 dekabr 2012-ci il) materialları, I cild, Bakı Universiteti nəşriyyatı , 2013, s. 289-292. 4
- Elektrik enerjisinin və təbii qazın nəqli sferasında Naxçıvan Muxtar Respublikasının digər dövlətlərlə əməkdaşlığının beynəlxalq hüquqi formaları. məqalə. Bakı Unuiversitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası), 2013 №2, s. 83-89. 6
- Xəzər regional geqosiyası məkanı və region dövlətlərinin milli maraqları . Məqalə. Azərbaycan MEA Fəlsəfə, Sosioligiya və Hüquq İnstitutu, Elmi Əsərlər, 2013 №1 (20), s.124-132.8
- Enerji güvənligi, enerji kaynakları kavramları arasından hazar havzasındakı hükuki durum. Məqalə. Melikşah Universitesi hukuk fakültəsi dərgisi, Kayseri,İyun 2014, Cilt-3,say-1,səh 25-37 14
- Azərbaycan Respublikasının enerji diplomatiyası Məqalə Naxçıvan Özəl Universitetinin elmi əsərləri №-1, 2015. Səh, 5-10 6
- Azərbaycan Respublikasının Regional energetika əməkdaşlığında Naxçıvan Muxtar Respublikasının yeri Məqalə Nax Du-nun elmi əsərləri, ictimai elmlər seriyası №- 6 (87) 2017. səh, 60-66 7
- Azərbaycan Respublikasının energetika qanunvericiliyinin beynəlxalq hüquqi əsasları. Məqalə. Naxçıvan Özəl Universitetinin elmi əsərləri №-3 (6), 2017. səh, 144-154 10