İlhamə Rafiq qızı Mustafayeva

Tibb üzrə fəlsəfə doktoru

1970-ci ildə Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1994-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1994-cü ildən 1995-ci ilədək Naxçıvan qarnizonu Hərbi Hospitalında həkim-ginekoloq vəzifəsində başlamış, daha sonra 1995-ci ildən 1996-cı ilədək Naxçıvan şəhəri Mərkəzi Xəstəxanasında mama-ginekoloq, 1997-ci ildən 2007-ci ilədək N.Nərimanov adına Respublika xəstəxanasında, 2007-ci ildən 2015-ci il tarixədək Naxçıvan Tibb Kollecinin direktoru, 2016-cı ildən 2019-cu ilədək Naxçıvan qarnizonu Hərbi Hospitalında ginekoloji kabinetin rəisi vəzifəsində çalışmış, 2019-cu ildən Naxçıvan Dövlət Universitetində işləyir. 2010-cu ildən tibb üzrə fəlsəfə doktorudur. Hal-hazırda doktorluq dissertasiyası üzərində tədqiqat işi aparır.

  1. “Naxçıvan şəhəri şəraitində cinsi yetişgənlik dövrünün xüsusiyyətləri”, Sağlamlıq, 2005, №3, səh.56-59
  2. “Naxçıvan şəhəri şəraitində yaşayan 14-15 yaşlı qızlarda cinsi inkişafın xüsusiyyətləri”, Ə.e.x S.B.Quliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-təcrübi konfransın materialları, Bakı, 2006, səh.155-158
  1. “Naxçıvan şəhəri şəraitində Naxçıvan şəhəri 10-11 yaşlı qızlarda fiziki və cinsi inkişafın xüsusiyyətləri”, Sağlamlıq, 2008, №3, səh.66-70
  2. “Клинико-диагностические особенности задержки полового развития у девочек”, Prof. N.Ə.Əfəndiyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları
  3. “Naxçıvan şəhəri şəraitində Naxçıvan şəhəri 10-11 yaşlı qız uşaqlarında hipotalamo-hipofizar-yumurtalıq sisteminin vəziyyəti”,Sağlamlıq, 2008, №2, səh.88-91
  4. “Naxçıvan şəhəri şəraitində cinsi yetişgənlik dövründə 16-17 yaşlı qızlarda ikincili əlamətlərin formalaşmasının və ultrasəs müayinəsinin xüsusiyyətləri”, Sağlamlıq, 2008, №4, səh.41-44
  5. “Condition of female genital organs from adoecents during puberty in Naxchivan”, 9-th Turkish world congress of pediatrics.- June 27-29.2008, Naxchivan, Azerbaijan, P.71.
  6. “Latın dili (qrammatika və terminologiyanın əsasları)”, Bakı, 2011, Dərslik, 126 səh.
  7. “Anatomiya, fiziologiya və patologiyanın əsasları”, Naxçıvan, 2015, Dərslik, 255 səh
  8. “Farmokoqnoziya botanikanın əsasları ilə”, ““Əcəmi” Nəşriyyat-poliqrafiya Birliyi”, Naxçıvan, 2015, Dərslik, 646 səh