İbrahim Bəhram oğlu Ağayev

Azərbaycan Respublikasının Əməkdar həkimi,

Naxçıvan MR Səhiyyə Nazirliyinin baş məsləhətçi pediatrı

NDU, Tibbi klinik fənlər kafedrasının müəllimi

 

      Babək rayonunun  Kültəpə  kəndində  doğulmuşam. 1967 -ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun  pediatriya fakültəsinə daxil olmuşam. 1973 -cü ildə pediatriya fakültəsini bitirib, bir il Bakı şəhərində pediatriya ixtisası üzrə internatura keçmişəm. 1974-cü ildən Naxçıvan şəhər Birləşmiş uşaq xəstəxanasında həkimlik fəaliyyətinə başlamışam.Uzun illər Mərkəzi Uşaq xəstəxanasında həkim-ordinator,   şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini vəzifələrində çalışmışam. 2007-ci ilin aprel ayından Naxçıvan Muxtar Respublika  Səhiyyə Nazirliyində baş məsləhətçi pediatr  vəzifəsində  işləyirəm. Eyni zamanda  Naxçıvan Dövlət Universitetinin tibb fakultəsində müəllim işləyirəm.

2009-cu ildə  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşəm.

Muxtar Respublikada uşaq əhalisinin sağlamlığının qorunmasına,sağlamlıq tədbirlərinin daha da yaxşılaşmasına, uşaqlar arasında tez-tez  rast gələn xəstəliklərin azaldılmasına, uşaq olümünün minimuma yenməsinə daim öz köməkliyimi göstərmişəm.Tez-tez dövri mətbuatda uşaqların  sağlamlığına, qidalanmasına, onlarda rast gələn xəstəliklərin profilaktikasına  aid məqalələrlə çıxış etmişəm.  5 metodik vəsaitin müəllifiyəm.

 

Metodik vəsaitlər:

1.,,Naxçıvan MR- da yeni doğulmuş uşaqlarda anadangəlmə inkişaf qüsurlarının yayılması və risk faktorlarının təsiri”- Naxçıvan-2008,NDU ,,Qeyrət” nəşriyyatı

2.,,Ana südü möcüzəsi”   – Naxçıvan-2016, ,,Əcəmi”nəşriyyatı

3.,,Yod və uşaq orqanizmi”- Naxçıvan-2016, ,,Əcəmi”nəşriyyatı

4.,,Uşaqlarda qızdırma və çəngolma zamanı nə etməli”- Naxçıvan-2018, ,,Əcəmi”

5.,,Peyvəndlər, əhəmiyyəti və tətbiqi qaydaları” Naxçıvan-2