Rzayeva Yazgül Həsənalı qızı 1969-cu ildə Azərbaycan Dövlət Tibb İnistutunun Pediatriya fakültəsinə daxil olmuş və həmin ixtisası 1975-ci ildə bitirmişdir. 1976-cı ildən Naxçıvan MR Respublika Uşaq Xəstəxanasının nevrologiya şöbəsində  həkim-nevropatoloq işləmiş, hal-hazırda həmin şöbənin müdiridir. 2000-ci ildən NDU Tibb fakültəsinin klinik xəstəxanasında həkim işləməklə yanaşı, Pediatriya kafedrasında saat hesabı yolla dərs aparmışdır. Yazgül Rzayeva Tibb fakültəsinin «Pediatriya», sonra isə “Tibbi klinik fənlər” kafedrasında işlədiyi müddət ərzində planda nəzərdə tutulmuş tədrisi hər il yerinə yetirmişdir. O, özünə və dərs dediyi tələbələrinə qarşı məsuliyyətlidir, ictimai işlərdə və tədbirlərdə çox fəal iştirak edir.

Y.Rzayeva işlədiyi müddət ərzində «Tibbi psixologiya» və «Nevrologiya və tibbi genetika» fənlərinə aid mühazirə  və praktik dərslərini tədris etmişdir.