Ləman Firdovsi qizi Kərimova
Müəllim
Ləman Firdovsi qızı Kərimova 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1985-ci ildə 3 saylı tam orta məktəbin I sinifinə daxil olmuşdur. 1995-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika –I fakultəsinə daxil olmuşdur. 2001-ci ildə universiteti bitirmiş və 2001-ci ildən 2002-ci ilə qədər Naxçıvan Muxtar Respublikası Kardioloji Dispanserdə kardiologiya ixtisası üzrə internatura kursunu keçmişdir. 2002-ci ildən 2009-cu ilə qədər Naxçıvan Muxtar Respublikası “ Ana və uşaq reabilitasiya “ mərkəzində həkim-terapevt vəzifəsində çalışmışdır. 2004-2005-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda həkim-pedaqoq kimi fəaliyyət göstərmişdir. 2009-2011-ci illərdə Uşaq Bərpa Mərkəzində həkim-fizioterapevt çalışmışdır. 2015-ci ildən 2018-ci illərdə Naxçıvan Tibb Kollecində həkim-pedaqoq işləmişdir. 2003-cü ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsində saat hesabı üzrə pedaqoji fəaliyyətə başlamış, 2018-ci ildən həmin fakultədə ştat üzrə fəaliyyətini davam etdirir. Hal-hazırda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində həkim-terapevt vəzifəsində çalışır.
Dərc olunan məqalələr
- Arterial hipertoniyası olan hamilələrin müasir müalicəsi. Naxçıvan Dövlət Universiteti Elmi əsərlər, Naxçıvan 2016 s. 169-173