Əliyeva Elnaz Əli qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

Elnaz Əli qızı Əliyeva 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.  1982-ci   ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin İngilis və alman dilləri müəllimi ixtisasını bitirmişdir.. 2005-ci ildən Naxçıvan Dövlət Univer­si­tetinin“Beynəlxalq münasibətlər və xarici dillər” fakültəsinin İngilis dili kafedrasina (hal-hazırda İngilis dili və tərcümə kafedrası) müəllim təyin edilmişdir. 2012-ci  ildə “Azərbaycan və ingilis dillərində tapmacaların linqvistik təhlili” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2017-ci ildən Naxçıvan Dövlət Univer­si­tetinin“İngilis dili və tərcümə” kafedrasında dosent vəzifəsində işləyir.1991- ci ildə pedaqoji sahədə göstərdiyi fəaliyyətə görə “Metodist müəllim” adını almışdır.

 

 

Dərc olunmuş elmi əsərlər:

  1. Azərbaycan və ingilis dillərində tapmacaların linqvistik təhlili, Bakı: Elm və təhsil, 2013, 160 s. (Monoqrafiya).
  2. “Ölkəşünaslıq” fənni üzrə proqram, Naxçıvan: Qeyrət, 2016, 20 s. (Proqram).
  3. İngilis atalar   sözü  və məsəllərinin Azərbay­can dilinə tərcüməsi və onlardan  bəzi ixtisas fənlərinin tədrisində istifadə yolları, Naxçıvan: Qeyrət,  2017, 174 s. (Metodik vəsait).
  4. Country Studies (The United Kingdom of Great Britain and Northern Ireland), Naxçıvan: “Əcəmi” nəşriyyatı, 2018, 304 s. (Dərs vəsaiti).
  5. Xarici dillərin öyənilməsi günün zəruri tələbidir, məqalə,Pedagoji Universitetin Xəbərləri. Bakı: 2005, №2, s. 694-696
  6. Xarici dil tədrisində şifahi nitqin inkişaf etdirilmə­sinin vasitə və rolları, məqalə, Pedagoji Universitetin Xəbərləri. Bakı: 2005, №3, s. 550-553
  7. Tapmacalar linqvis­tik tədqiqat obyekti kimi, məqalə, AMEA M.Fizuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələ­ləri. Bakı: 2008, №8, s. 72-80
  8. Azərbaycan və in­gi­lis dillərində tapma­ca­ların sintak­tik xüsusiyyətlə­ri barədə bəzi qeydlər, məqalə, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: 2009, №6, s. 135-142
  9. Tapmacalar linqvis­tik tədqiqat obyekti kimi, məqalə, AMEA M.Fizuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələ­ləri. Bakı: 2008, №8, s. 72-80
  10. Azərbaycan və ingilis dilləri tapmacalarında terminaloji leksika, məqalə, Bakı Dövlət Universiteti. Dil və Ədəbiyyat. 2010, №1(72), s. 49 – 51
  11. Azərbaycan və ingilis dillərinin tapmacalarında cümlənin intonasiyaya görə növləri, məqalə, AMEA Nəsimi adına Dilçilik İnstitutu/  Tədqiqlər, 2010,  №1, s.  188 – 200
  12. On the Polysemantic Words ,Their Usage Deg­rees in the Riddles in the Azerbaijani and English Languages, məqalə, Kültür Evreni. Türkiyə-Ankara: 2010, №6, s. 348-355
  13. Azərbaycan və ingilis dili tapmacalarında səstəqlidi sözlər haqqında, Konfrans materialı, Bakı Slavyan Universiteti. Azərbaycanşünaslığın aktual problemləri. I Beynəlxalq Elmi Konfransın mate­ri­al­ları. Bakı: 3-8 may 2010, II cild, s. 78-83
  14. Azərbaycan və ingilis dili tapma­calarında işlənən tabesiz mürəkkəb cümlələr arasındakı əlaqələrə dair, məqalə, Naxçıvan Dövlət Univer­si­tetinin elmi əsərləri. Huma­nitar elmləri və pedaqogika seriyası, Naxçıvan: Qeyrət, 2010, №6, s. 150-153
  15. Azərbaycan və ingilis dili tapmacalarında dini termin və anlayışlar, məqalə, Azərbaycan Respubli­ka­sı­nın Təhsil Nazirliyı Azər­baycan Dillər Universiteti, Elmi Xəbərlər. Bakı: 2011,  №1, s.   154-159
  16. Azərbaycan və ingilis tapmacalarında sadə cümlənin struktur-funksional tipləri haqqında, məqalə, Naxçıvan Dövlət Univer­si­tetinin elmi əsərləri. Hu­manitar elmləri və peda­qogika seriyası.  Naxçıvan: 2011, №1, s.  130-134
  17. Nəqli cümlə əsasında qurulmuş Azərbaycan və ingilis dili tapmacaları, Konfrans materialı, Azərbaycan Respublika­sının Tıhsil Nazirliyi, Dok­torların və gənc tədqiqat­çıların XVİ Res­publika El­mi Konfran­sının, Mate­rial­ları. Bakı: 2012, II cild, s. 180-182
  18. О самобытности синтаксиса загадок как лингвистического объекта исследования азербайджанских и английских загадок, məqalə Министерство Сельского Хозяйство Российской Федерации Департамент Научно-Технологической Политики и Оброзования, Международный науч­ный журнал. Москва: 2012, №1, с. 106-109
  19. The study of intercultural communication is a reality of everyday life, məqalə, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya Məsələləri. Bakı: 2013, №2, s. 260 -263
  20. Mədəniyyətlərarası ünsiyyətin tədrisi xarici dil dərslərinin başlıca məqsədi kimi, məqalə, Naxçıvan Dövlət Univer­sitetinin elmi əsərləri. Hu­manitar elmləri və peda­qogika seriyası.  Naxçıvan: 2013, №1 (52), s. 66-68
  21. Azərbaycan və ingilis dili tapmacalarında danışıq dili xüsusiyyəti və frazeoloji vahidlər haqqında, məqalə, Azərbaycan Respubli­ka­sı­nın Təhsil Nazirliyı, Azərbaycan Dillər Univer­siteti. Dil və Ədəbiyyat, Bakı 2013, № 3, s. 36-43
  22. İngilis dilinin tədrisi prosesində atalar sözləri və zərb-məsəllərdən istifadənin imkanları, məqalə, Azərbaycan Milli Elmlər Aka­­demiyası Naxçıvan Böl­mə­si İncəsənət, Dil və Ədə­biyyat İnstitutu. Axtarışlar. Naxçıvan: 2013, № 3(9), s. 76-80
  23. Ingilis atalar sözləri və məsəllərin Azərbaycan dilinə tərcümə yolları, məqalə, Kültür Evreni. Türkiyə-An­kara: 2014, №6, s. 103-108
  24. On using idioms in newspapers, məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncə­sənət, Dil və Ədəbiyyat İnstitutu. Axtarışlar. Naxçıvan: 2015, № 3. s. 87-92
  25. On the usage of proper names in idioms, məqalə, Azərbaycan Milli Elmlər Aka­demiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu. Axta­rış­lar. Naxçıvan: 2015, № 4, s. 87-93
  26. Azərbaycanda multikulturalizm dəyərləri, məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu. Axtarışlar, Naxçıvan: 2016, № 2, s. 96-102
  27. Frazeoloji birləşmələrin tədrisində meydana çıxan çətinliklərə dair, məqalə, Azərbaycan Respublika­sı­nın Təhsil Nazirliyı, Azər­baycan Dillər Univer­siteti, Dil və Ədəbiyyat. Bakı: 2016, № 4, s. 220-228
  28. İngilis dilinin tədrisində tapmacalardan istifadə məsələləri, Konfrans materialı, Azərbaycan Respublika­sı­nın Təhsil Nazirli­yi, Naxçı­van Dövlət Universiteti, Xa­rici dillərin tədqiqi və təd­risinin aktual prob­lem­ləri, Beynəlxalq elmi kon­frans. Naxçıvan: 2017, s. 40-42
  29. Неологизмы в современном английском языке и способы их перевода, məqalə, Naxçıvan Dövlət Univers­ite-­­tinin elmi əsərləri. Humanitar elmləri və pedaqogika seri­-yası, Naxçıvan: 2017, № 5 (86) I Cild, s. 156-161
  30. Эвфемизм в современном английском языке, məqalə, Scientific Light, Wroclaw, Poland: 2018, Vol.1,No 15, s. 16-18
  31. Azərbaycan və ingilis dili tapmacalarında arxaik sözlər, məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar, Naxçıvan: 2018, № 3, 75-80
  32. Об использовании архаизмов в английских пословицах, məqalə, Аzərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar, Naxçıvan: 2018, № 4, 63-68
  33. Azərbaycan və ingilis dili tapmacalarındə tabeli mürəkkəb cümlələr və onların budaq cümlələr üzrə növləri, məqalə, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Naxçıvan” Universiteti, Elmi əsərlər. Naxçıvan: 2018, № 3)10), 116-124
  34. İngilis dilində zoonim tərkibli frazeologizmlər, məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi  İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar, Naxçıvan: 2019, № 2 (32), Cild 10, s. 86-89
  35. Slenq – Dilçilik termini kimi, məqalə,Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar, Naxçıvan: 2019, № 3 Cild 11, s. 56-59