Cəlilzadə Aidə Məhəmməd qızı

İngilis dili və tərcümə kafedasının müəllimi

 

       Aidə Məhəmməd qızı Cəlilzadə 24 may 1987-ci ildə Babək rayon Babək qəsəbəsində anadan olmuşdur. 1993-2004-cü illərdə Babək qəsəbə orta məktəbini əla qiymətlərlə bitirmişdir.2004-2005-ci illərdə Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil almışdır. Təhsil müddətini uğurla başa vurduğu və dövlət imtahanından uğurla keçdiyi üçün ABŞ dövlətinin rəsmi diplomunu almağa haqq qazanmış, sertifikatlar və medalla təltif olunmuşdur. 2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin “İngilis dili” ixtisası üzrə bakalavr təhsili almışdır və bu təhsil pilləsini qırmızı diplomla bitirmişdir.2006-cı ildə Ali məktəb tələbələrinin XI Respublika fənn olimpiadasında ingilis dili üzrə I yerə layiq görülərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunmuşdur. 2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr təhsili almış və əla qiymətlərlə məzun olmuşdur. 2009-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində tütor vəzifəsində çalışmışdır.2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə” kafedrasının müəllimidir. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 6 elmi və publisistik məqalənin müəllifidir.Bir sıra regional və respublika səviyyəli konfransların, beynəlxalq layihə və təlimlərin, beynəlxalq ixtisasartırma və onlayn kursların iştirakçısı olmuş və nailiyyətlərinə görə sertifikatlara layiq görülmüşdür. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı seçilmişdir.

 

 

Dərc olunmuş elmi əsərlər

1.Tələbələrin ilk elmi məktəbi. // Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin  İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalı. 2007, № 15, səh. 129-134

2.Heydar Aliyev and the Youth policy in Azerbaijan. // NDU-nun “Heydər Əliyev Zirvəsi (Məqalələr və xatirələr)”. 2008, səh. 118-119

3.Lüğətin inkişafının sərbəst strategiyası. // NDU-nun “Ali Məktəbdə Xarici Dilin Tədrisi:Reallıqlar və Perspektivlər” məqalələr toplusu. 2013, səh. 93-105

4.Azərbaycan və ingilis dillərinin poeziyasında mürəkkəb cümlə tipləri. // BDU-nun “Dil və Ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalı. 2017, № 2 (102), səh. 11-13

5.İngilis və Azərbaycan dillərində sual cümlələrinin üslub imkanları. // NDU-nun Elmi əsərləri. Humanitar elmlər seriyası, 2017, № 5 (86) I cild, səh. 190-192

6.Tədris prosesində ingilis və Azərbaycan dilinə aid poetik mətnlərdən istifadə məsələləri.//Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Naxçıvan Dövlət Universiteti, Xarici dillərin tədqiqi və tədrisinin aktual problemləri, Beynəlxalq elmi konfrans,Naxçıvan 2017,səh. 58-60