Həsənzadə Türkan Məmməd qızı

İngilis dili və tərcümə kafedrasının müəllimi

 

13 may 1991-ci ildə Sabirabad rayonu Suqovşan kəndində anadan olub. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin İngilis dili ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin ixtisas üzrə magistr pilləsini bitirib. 2014-cü ildə İngilis dili kafedrasına müəllim təyin olunub. 2015-ci ildən İngilis dili və tərcümə kafedrasının müəllimidir. Dünya ədəbiyyatı(ingilis)-5718.01istiqaməti üzrə 2017-ci ildən “İngilis dili və tərcümə” kafedrasının dissertantıdır. “İngilis ədəbiyyatında hekayə janrının təzahürü və təkamülü” mövzusunda dissertasiya işi üzərində çalışmaqdadır. 2 məqaləsi və 1 proqramı dərc olunmuşdur.

 

Dərc olunmuş elmi əsərlər:

  1. “İdiomlar və İngilis dilinin tədrisində onların rolu”. Xarici dillərin tədqiqi və tədrisinin aktual problemləri. Beynəlxalq konfrans. Naxçıvan, 2017.
  2. “Xarici dilin qrammatikasi”-Proqram. NDU “Qeyrət”, 2017.
  3. “XVII əsr İngilis ədəbiyyatında Con Milton dühası”. AMEA Naxçıvan bölməsi, “Axtarış” jurnalı. Cild II №10, 2019.
  4. “Naxçıvan ədəbi mühitində bədii tərcümənin spesifik xüsusiyyətləri”. Azərbaycan Bədii Tərcümə Sənətinin İnkişafında Naxçıvanlı Ziyalıların Rolu-Respublika konfransı, Naxçıvan-2020
  5. “Hekayə janrı mədəni hadisə kimi”-tezis. İnformasiya, Elm, Texnologiya və Universitet Perspektivləri-Respublika konfransı, Lənkəran-18 dekabr 2020
  6. XIX əsr İngilis ədəbiyyatında hekayə nümunələrinin xüsusiyyətləri AMEA Naxçıvan bölməsi, “Axtarış” jurnalı. №2 Cild 16 2022
  7. “Viktoriya dövrü ingilis ədəbiyyatında hekayə janrının meydana gəlməsi”Naxçıvan elmi əsərlər 2022 №1 (114)