Məmmədova Çinarə Mübariz qızı

İngilis dili və tərcümə kafedrasının müəllimi

 (Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekan müavini)

Çinarə Mübariz qızı Məmmədova 1985-ci ildə Naxçıvan   şəhərində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Xarici dil (ingilis dili) ixtisasını bitirmişdir. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin dilşünaslıq ixtisasını bitirmişdir. 2018-ci ildən  Naxçıvan Dövlət Universitetinin German dilləri ixtisası üzrə doktorantıdır. 2015-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin İngilis dili və tərcümə kafedrasının müəllimidir. 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekan müavinidir.