KƏNGƏRLİ İLQAR İSMAYIL OĞLU

 “Ümumi tarix” kafedrasında dosent, tarix üzrə fəlsəfə doktoru,

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

Kəngərli İlqar İsmayıl oğlu 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-1976-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-filologiya fakültəsinin əyani şöbə üzrə tarix ixtisasının I kursuna daxil olmuş və 1976-cı ildə həmin institutu müvəffəqiyyətlə bitirərək tarix müəllimi ixtisası almışdır. 1977-ci ildə hərbi xidməti bitirdikdən sonra Naxçıvan şəhər 32 saylı OTPM-də tərbiyəçi müəllim, 1980-cı ildən 1986-cı ilə kimi isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda komsomol uçot bölməsinin müdiri vəzifəsində işləmişdir. 1986-cı ildən 1994-cü ilə kimi universitetin “Siyasi tarix” kafedrasında tarix kabinetinin müdiri vəzifəsində işləmişdir. 1988-1992-ci illərdə  Bakı  Dövlət Universitetinin qiyabiçi aspirantı olmuş və 1992-ci ildə “Vətən tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994-cü ildən “Ümumi tarix” kafedrasının müəllimi,1996-cı ildən baş müəllim, 1999-cu ildən isə həmin kafedranın dosentidir. 2008-ci ildən 2018-ci ilin may ayına kimi “Ümumi tarix” kafedrasının müdiri vəzifəsində işləmişdir. İlqar İsmayıl oğlu Kəngərli 1980-cı ildən Naxçıvan Dövlət Universitetində çalışır, 25 ildən artıqdır ki, universitetin “Ümumi  tarix” kafedrasında müəllim işləyir. İ.İ.Kəngərli 2003-cü ildən universitetin doktorantı kimi “Azərbaycanın ictimai-siyasi həyatında və etnogenizində Kəngərlilərin rolu” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Bu günədək 37 elmi əsəri və bir kitabı nəşr olunmuşdur.

Dərc olunmuş elmi əsərlər

  1. Yenidənqurmanın vəzifələri və kadrların sosial-siyasi fəallığının artırılması. Yenidənqurma və Pedaqoji İnstitutda ümumi elmi fənlərin tədrisinin təkmilləşdirilməsi məsələləri-(Elmi-metodik konfransın materialları). Naxçıvan, 1988. Səh 2. Məqalə.
  2. Yenidənqurma və Muxtar Respublikada kadr siyasəti. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu-10-cu elmi konfransın tezisləri, Naxçıvan, 1989. Səh 3. Məqalə.
  3. Kadrların tərbiyəsini yenidən-qurmanın tələbləri səviyyəsinə. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu-XI elmi konfransın materialları. Naxçıvan, 1990. Səh 2. Məqalə.
  4. Kadrlarla işi yenidənqurmanın tələbləri səviyyəsinə. Müasir mərhələdə elmi-nəzəri və metodiki problemlərinə həsr olunmuş Respublika elmi konfransının materialları. Naxçıvan, 1990. Səh 2. Məqalə.
  5. Əməklə bağlı mənəvi keyfiyyətlərin formalaşdırılmasının effektliyini yüksəltməyə kömək edən metodiki üsul və vasitələr. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti. Bakı, 1995. Səh 23. Metodik vəsait.
  6. Öz etnik torpaqlarında yaşayan azərbaycanlıların miqrasiyası; səbəblər və mərhələlər. Naxçıvan tarixinin səhifələri “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq simpoziumunun materialları. Bakı, 1996. Səh 2. Məqalə.
  7. “İxtisas kursu” fənninə dair işçi proqramı. Mühazirə və məşğələlərin planları. “H.Əliyev-Azərbaycan Respublikasının daxili və xarici siyasəti”. Naxçıvan, 1998. Səh 24. İşçi proqramı.
  8. Türkiyə Cümhuriyyəti ilə Naxçıvan MR arasında imzalanmış əməkdaşlıq protokolunun rolu. Müasir şəraitdə Türkiyə-Naxçıvan iqtisadi əlaqələrinin vəziyyəti və əsas inkişaf istiqamətləri. Respublika elmi simpoziumunun materialları. Bakı, 1998. Səh 1. Məqalə.
  9. Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrində Naxçıvanın yeri. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti Respublika Elmi simpoziumunun materialları. Bakı, 1998. Səh 1. Məqalə.
  10. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı dostluq və qardaşlıq münasibətlərində Naxçıvanın rolu və yeri. Ali Diplomatiya Kolleci, məqalələr məcmuəsi. № 1. Bakı, 1998. Səh 5. Məqalə.
  11. Naxçıvan Muxtar ərazi statusunun tarixi-siyasi aspektləri. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i, xüsusi buraxılış. № 4. Naxçıvan, 1999. Səh 3. Elmi əsər.
  12. 1920-ci ilin aprel işğalı ərəfəsində Azərbaycan Demokratik Respublikasında partiyalararası münasibətlər. “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnal. № 2. Bakı, 1999. Səh 6. Metodik jurnal.
  13. Qədim Türk-Oğuz yurdu Naxçıvan və Kəngərlilər. Keçmişimiz-gələcəyimizdir. Etnoqrafik problemlərə dair elmi-nəzəri konfrans. Bakı, 2000. Səh 2. Məqalə.
  14. Azərbaycan elminin islahatı qaçılmazdır. “Dirçəliş-XXI əsr” jurnalı, Azərbaycan Dövlət quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun nəşri. № 4. Bakı, 2001. Səh 4. Məqalə.
  15. Kəngərlilər və onların mənşəyi. “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnal. № 4. Bakı, 2003. Səh 5. Metodik jurnal.
  16. Naxçıvanda erməni təcavüzünə qarşı ərazi bütövlüyü uğrunda mübarizə-(80-cı illərin sonu 90-cı illər). Elmi əsərlər ictimai və humanitar elmlər seriyası, xüsusi buraxılış.№ 12. Naxçıvan-2004. Səh 3. Məqalə.
  17. Kəngərli elinin soy kitabı. Bakı-Nurlan, 2005. Səh 296. Kitab.
  18. Kəngərlilər Xəzərin Cənub-Qərbində. Azərbaycan MEA. Folklor, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri. Elmi axtarışlar. № XXII. Bakı-2006. Səh 3. Məqalə.
  19. Kəngər-Peçeneqlər Cənub-Qərbi Avropada. Azərbaycan MEA. Folklor, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri. Elmi axtarışlar. № XXV. Bakı-2007. Səh 3. Məqalə.
  20. Naxçıvan xanlığı və Kəngərli tayfası. “Tarix və onun problemləri”, nəzəri-elmi metodik jurnal. № 3. Bakı-2008. Səh 3. Metodik jurnal.
  21. “Hərb tariximizdə Naxçıvan-skilərin (Kəngərlilərin) rolu”. Azərb.Tarix Qurumu, tarix və gerçəklik jurnalı, Bakı, 2009, I (5). Səh 5. Məqalə.
  22. Kəngər-Peçeneqlər Cənubi-Şərqi Avropada. AMEA-Naxçıvan bölməsinin “Xəbərləri”, 2009. № 3. Səh 5. Məqalə.
  23. Naxçıvan xanlığının idarəçilik sistemi. “Tarix və onun problemləri”, nəzəri-elmi metodik jurnal. № 2. Bakı-2010. Səh 4. Metodik jurnal.
  24. “Kəngərli elinin daxili qaydaları”. Naxçıvan Dövlət Universiteti. “Elmi əsərləri” ictimai elmlər seriyası. 2010. № 2 (34). Səh 8. Elmi əsərlər.
  25. Naxçıvanskilərin (Kəngərlilərin) erməni-daşnak təcavüzünə qarşı mübarizəsi (XX əsrin əvvəlləri). Naxçıvan Dövlət Universiteti. “Elmi əsərləi”. Tarix və ictimai elmlər seriyası. 2010. № 1 (29). Səh 5. Elmi əsərlər.
  26. “Cənubi-Qərbi Qafqazın türk-müsəlman əhalisinin öz müqəddaratını təyin etmək uğrunda mübarizəsi”. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri” ictimai elmlər seriyası. 2011. № 1 (37). Səh 6. Elmi əsərlər.
  27. “Kanq dövləti”. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”. Tarix və ictimai elmlər seriyası.2012. № 1 (45). Səh 5. Elmi əsərlər.
  28. Şimal-Şərqi Anadoluda siyasi vəziyyət və türk-müsəlman əhalisinin milli-azadlıq hərəkatı (1917-1920-ci illər). Uluslararası Sarıqamış Simpoziumu. Kars-2013. Səh 34-35. Tezis.
  29. “Azərbaycan cümhuriyyət quruculuğu prosesində Türkiyə-Azərbaycan əlaqələrinin bəzi aspektləri (1918-1920-ci illər)”. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri” ictimai elmlər seriyası. 2014. № 2 (58). Səh 11-17. Məqalə.
  30. Naxçıvanlıların qonşu bölgələrin türk-müsəlman əhalisinə hərbi-siyasi yardımı tarixindən (1918-1920-ci illər). Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”.“Xüsusi buraxılış”, Naxçıvan-2014. № 6 (62). Səh 50-56. Məqalə.
  31. Naxçıvan maarifi müharibə dövründə. (1941-1945-ci illər). Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”. İctimai elmlər seriyası. 2015- № 2 (67). Səh 33-37. Məqalə.
  32. Azərbaycanda Cümhuriyyət quruculuğu prosesində Türkiyə-Azərbaycan əlaqələrinin bəzi aspektləri (1918-1920-ci illər). Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”. İctimai elmlər seriyası. 2015- № 2 (95). Səh 49. Məqalə.
  33. Osmanlı dövləti ərazisində erməni xəyanətkarlığı. NDU, “Qeyrət”. Elmi əsərlər. №-5-(79). Naxçıvan-2016. Səh 44-51. Məqalə.
  34. Multikulturalizminin geosiyasi, tarixi-mənəvi əsasları. NDU, “Qeyrət” nəşriyyatı. Elmi əsərlər. №-2(83). Naxçıvan-2017. Səh 114-119. Məqalə.
  35. Naxçıvan Dövlət Universitetinə dövlət qayğısı. NDU, “Qeyrət” nəşriyyatı. Elmi əsərlər. “Naxçıvan Dövlət Universiteti “50 ildə” elmi konfransın materialları”. Naxçıvan-2017. Səh 147-151. Məqalə.
  36. Əski türklərdə təqvim. NDU, “Qeyrət” nəşriyyatı. Elmi əsərlər. İctimai elmlər seriyası. №-2(91). Naxçıvan-2018. Səh 25-29. Məqalə.
  37. ”Azərbaycanınn Naxçıvan bölgəsinin siyasi tarixinin öyrənilməsində ARPİİ İSSA-da saxlanılan sənədlər mühüm mənbə kimi”
  38. AR. Prezidentinin işlər idarəsi. İctimai-siyasi sənədlər arxivi jurnalı. 2021
  39. Tərbiyəçi kimi ali məktəb müəlliminin rolu. NMİ, ELMİ ƏSƏRLƏR №1 (67) Naxçıvan 2022-səh. 9-14. məqalə
  40. Kəngərli tayfası Naxçıvanın etnik-siyasi tarixində. AMEA-nın Gəncə bölməsi №1 (3), Elm nəşriyyatı 2022- səh. 32-42 məqalə
  41. Tarixə köməkçi fənlər. Tədris proqramı. Naxçıvan, NDU 2022. Səh 32.
  42. “Şərq tarixi” üzrə fənn proqramı. Naxçıvan 2023
  43. Təlim prosesinin mahiyyəti, onun funksiyaları və daxili quruluşu haqqında bəzi mülahizələr. NMİ. Elmi əsərlər. №1 (71). Səh.16-24. NMİ. “Məktəb” 2023