Doktorant və Dissertantların nəzərinə!

Doktorant və Dissertantların nəzərinə!

2021-ci il fevral ayının 1-dən 10-na kimi Naxçıvan Dövlət Universitetində doktorant və dissertantların attestasiyaları keçiriləcəkdir. Attestasiya vərəqinin elektron formasını almaq üçün Universitetin Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsinə müraciət olunmalıdır. Qeyd olunan vərəqlər doldurulub, təhkim olunduğunuz kafedralara təqdim edilməli və həmin kafedralardan, eyni zamanda fakültədən çıxarışlar alınmalıdır. Həmin çıxarışlar Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsinə təqdim edilməlidir. Attestasiyadan keçməyən doktorant və dissertantların təhsilinə xitam veriləcəkdir.

Qeyd: Dekabr ayında attestasiyadan keçmiş doktorant və dissertantlara aid deyil.

Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsi