35 YAŞLI GƏNC ALİM PROREKTOR TƏYİN OLUNDU

35 YAŞLI GƏNC ALİM PROREKTOR TƏYİN OLUNDU

Bununla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb

Elm və Təhsil nazirinin əmri ilə 2023-cü ilin aprel ayında Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.

Arzu Kamal oğlu Abdullayev  1987-ci ildə Ordubad royon Üstüpü kəndində anadan olub.

2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya fakültəsinin “tarix” ixtisasına qəbul olunub. 2010-cu ildə həmin fakültəni fərqlənmə ilə bitirib.

2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsində “Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi” ixtisaslaşmasını fərqlənmə ilə bitirib.

2007-2010-cu illərdə elmi və ictimai fəaliyyətinə görə Heydər Əliyev təqaüdünə layiq görülüb.

 2009-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri kimi çalışmışdır. 

2009-2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) sədr müavini olmuşdur.

2009-cu ildə ilin “Ən yaxşı tələbə gənci”, 2012-ci ildə “İlin ən yaxşı magistrantı” seçilib.

2014-2018-ci illərdə “Vətən tarixi” üzrə doktorantura təhsili alıb.

Əmək fəaliyyətinə 2013-cü ildə Naxçıvan Dövlət Universitetində”Ümumi tarix”  kafedrasının müəllimi kimi başlayıb.  Daha sonra kafedra dəyişikliyi olaraq “Beynəlxalq münasibətlər” kafedrasında müəllim və hazırda baş müəllim kimi çalışır.

2014-2019-cu illərdə “İstedad-XXI əsr”” MMC-də direktor müavini, 2019-2021-ci illərdə icraçı direktor vəzifələrini icra edib.

2021-ci ildə “Vətən tarixi” üzrə müdafiə edərək, həmin ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2021-ci ilin mart ayından elmi-pedaqoji fəaliyyətlə yanaşı Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədridir.

4 kitabın, 6 proqramın, 40 elmi məqalənin, o cümlədən 10-a yaxın yüksək impakt faktorlu jurnalda məqalənin, 10-dan çox layihənin müəllifidir.

Dövlət proqramı çərçivəsində Türkiyə, İran, Rusiya, Gürcüstan, Qətər, Çin və Cənubi Koreyada olub.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fərqləndiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin 30 noyabr 2022-ci il tarixli  Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2007-ci ildən YAP-ın üzvüdür.

2018-ci ildən Jurnalistlər birliyinin üzvüdür.

Leave a Reply

Your email address will not be published.