Tədris və tərbiyə işləri üzrə prorektor

Rəhimov Rafiq Vilayət oğlu –  tarix üzrə fəlsəfə doktoru, dosent
rafiqrahimov@ndu.edu.az

Qısa bioqrafiq məlumat

– 1962-ci ilin yanvarın 01-də Naxçıvan şəhərində anadan olmuşdur.

– 1967-1978-ci illərdə Naxçıvan şəhər 4 saylı məktəbdə təhsil almışdır.

– 1979-1983-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix” fakültəsində təhsil almışdır.

– 1987-1988-ci illərdə Naxçıvan Dövlət Universitetində dispetçer, 1989-2018-ci ilədək tədris şöbəsinin müdiri vəzifəsində işləmişdir.

– 1994-cü ildə “Azərbaycan tarixi” kafedrasında müəllim, 2000-ci ildə baş müəllim, 2011-ci ildən dosent işləyir.

– 2003-cu ildə “Naxçıvan  Muxtar  Respublikasının Xarici Əlaqələri” (1991-2001) mövzusunda müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

– 1993-cü ildən YAP-ın üzvüdür.

– 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

– Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2017-ci il tarixli, 3327 № Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

– 16- dan çox elmi məqalənin müəllifidir.

– Təhsil sahəsini əhatə edən təlim kurslarında  və treniqlərdə iştirak ilə əlaqədar olaraq, 4 sertifikat və 1 şəhadətnamə almışdır.