Abbasov Həsən Saleh oğlu

                                                                 Baş müəllim

                                                             abbasovhasan@ndu.edu.az

16.01.1980-ildə Naxçıvan şəhərində anadan olub. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin  İqtisad  fakultəsinin Mühasibat uçotu və audit ixtisasına qəbul olub, 2001 ci ildə həmin ixtisası bitirmişdir. 2007–2010–illərdə  Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə Magistiratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. NDU-nun İqtisadiyyat kafedrasının Sahə iqtisadiyyatı üzrə  dissertantıdır.

2015-ci ildən Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə  kafedrasının müəllimidir.

Naxçıvan Dövlət Universitetinin Mühasibatlıq şöbəsində 23.11.2005-ci ildən 13.09.2018 ci ilədək aparıcı mühasib, 13.09.2018 ci ildən 04.11.2019 cu ilədək həmin şöbədə baş mühasib vəsifəsində calışmışdır.