Abbasov Teymur Abbas oğlu

    

iqtisad üzrə elmlər doktoru, professor

 teymurabbasov@ndu.edu.az
teymurabbasov@ndu.edu.az

Mən, Abbasov  Teymur  Abbas oğlu   1956-cı il noyabr ayının 15-də Naxçıvan rayonunun (indiki Babək)  Cəhri kəndində anadan olmuşam.1963-1973-cü illərdə Naxçıvan rayonunun (indiki Babək)  Cəhri kənd orta məktəbində təhsil almışam.1973-1974-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda oxumuşam.1975-1977-ci illərdə ordu sıralarında xidmət etmişəm.1978-1982-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil almışam. 1982-ci ildən 1986-cı ilədək Naxçıvan Alt Trikotaj fabrikində baş mühasibin müavini və baş mühasib vəzifəsində, 1986-cı ildən 1990-cı ilədək Naxçıvan Sovxoz Texnikumunda baş mühasib və müəllim vəzifəsində işləmişəm.

1990-cı ildən Naxçıvan Dövlət Universitetində işləyirəm. 1997-ci ildən 2004-cü ilədək İqtisad-hüquq fakultəsinin dekan müavini, 2000-ci ildən “Mühasibat uçotu və maliyyə”  kafedrasının dosenti, 2004-cü ildən 2014-cü ilədək  isə   “Mühasibat uçotu və maliyyə” kafedrasının müdiri, 2014-2016-cı illərdə İqtisad fakultəsinin dekan müavini, 2016-cı ildən isə    “Mühasibat uçotu və maliyyə” kafedrasının müdiri vəzifələrində çalışmışam.

1991-ci ildə Az.ETKTİ və Tİ-nin aspiranturasına daxil olmuşam və 1995-ci ildə oranı bitirmişəm. 1997-ci ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışam.

2001-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantı olmuşam.

2011-c- ildə  “Aqrar bazarın formalaşmasının regional problemləri (Naxçıvan Muxtar Respublikası materialları əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişəm.

Gənc nəslin təlim-tərbiyəsi sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişəm. 2011-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə ictimai elmlər üzrə ilin alimi fəxri adına layiq görülmüşəm. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına keçid mövzusunda təlim kurslarında iştirak etmiş və   Beynəlxalq Uçot Sertifikatlarını almışam.Türkiyə, Rusiya  və Avropanın bir sıra ölkələrində beynəlxalq konfranslarda iştirak  etmişəm.199  elmi əsərin, 3 monoqrafiyanın 4 kitab və 6 dərs vəsaitinin müəllifiyəm. 18 əsərim xarici ölkələrdə çap olunub.Ailəliyəm  2 oğlum, 1 qızım var.