Abdullayev Asif Eldar oğlu, Müəllim

28.11.1989-cu il tarixdəNaxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini 1996-ci ildən 2004-cü ilədək C. Naxçıvanski adına 11 saylı orta məktəbdə, 2004-cü ildən 2007-ci ilədək H. Əliyev adına orta məktəbdə almışdır. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Dövlət və Bələdiyyə idarəetməsi ixtisasına qəbul olmuş, 2011-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dövlət və Bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsinə qəbul olmuş, 2013-cü ildə bitirmişdir. 2 məqalə, 1 fənn proqramının müəllifidir.

Elmi əsərləri

  1. “İnsan resurslarının idarə edilməsində beynəlxalq təcrübələrin müqayisəli təhlili”. Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər Jurnalı, İctimai elmlər seriyası №6(107). 2020, Səh 45- 48.
  2. .“Naxçıvanda mövcud turizm potensialı və ondan istifadənin problemləri” “Naxçivan Muxtar Respublikasinda İnnovasiyali İqtisadi İnkişaf və Müasir Maliyyə Mexanizmləri” mövzusunda Respublika Elmi-Praktik Konfransinin Materiallari. NDU, “Qeyrət” nəşriyyatı, 2021, Səh 216-219.
  3. ”İnsan resurslarının idarə olunması” Fənn proqramı Naxçıvan 2021
  4. Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf istiqamətləri-monoqrafiya, Naxçıvan 2021, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 144 səh.