
Abutalıb Kazım oğlu İsmayılov
Memarlıq kafedrasının müəllimi
E-mail: ismayilovabutalib96@gmail.com
2 noyabr 1956-cı ildə Babək rayon Cəhri kəndində (indiki Cəhri qəsəbəsi) anadan olub. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. 1984-cü ildən 1986-cı ilədək Bakı Dövlət Layihə İnstitutunda memar işləmişdir. 29.12.1986-cı ildən 28.04.1992-ci ilədək Babək rayon XDS İcraiyyə Komitəsində baş memar, 28.04.1992-ci ildən 02.05.1994-cü il tarixinədək Babək rayon XDS İcraiyyə Komitəsində Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş, 02.05.1994-cü ildən 03.01.2003-cü ilədək Babək rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 yanvar 2003-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Tikinti və Memarlıq Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2003-cü ilin yanvar ayından 2013-cü ilin fevral ayına qədər sözü gedən vəzifədə çalışmışdır.
2019-cu ilin sentyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin “Memarlıq” kafedrasında müəllim vəzifəsində işləyir.
A.K.İsmayılov tərəfindən layihələndirilmiş müxtəlif təyinatlı obyektlər:
1. Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasının yenidən qurulması.
2.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan idarəsnin inzibati binası.
3. Naxçıvan şəhərində 4 saylı uşaq bağçası binası.
4. Naxçıvan Muxtar Respublikasında qarışıq tipli cəzaçəkmə müəssisəsi kompleksi.
5. Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Naxçıvan şəhər Rabitə idarəsinin inzibati binasının yenidən qurulması.
6. Naxçıvan şəhərində 1 №li məktəb binası
7. Naxçıvan şəhərində 7 №li məktəb binası
8.Şərur rayon Aralıq kəndində sahə xəstəxanası.
9.Sədərək rayon Heydərabad qəsəbəsində Ümummilli liderimiz Heydər Əliyev adına mədəniyyət və istirahət parkı.
10.Sədərək rayonunda Rabitə evi.
11. İran İslam Respublikasının Poldeşt şəhərində M.Şəhriyarın abidəsi.
12.Babək rayon Cəhri kəndində Uşaq musiqi məktəbi.
13.Culfa rayon Göydərə məktəbində 306 yerlik məktəb binası.
14.Cəhri kəndində (indiki Cəhri qəsəbəsi) kənd mərkəzi.
15.Naxçıvan şəhər istirahət parkında on yeddilərə abidə
16. Babək rayon Nehrəm kəndində (indiki Nehrəm qəsəbəsi) sahə xəstəxanası.
17.Culfa şəhərində Xəstəxana binasının layihəsi.
18.Şahbuz şəhərində məktəb binası layihəsi.
19.Şahbuz rayon Mahmudoba kəndində məscid binası.
20.Babək rayon Küznüt kəndində məscid binası.
21.Rayon mərkəzlərində Ümummilli Liderimiz Heydər Əliyevin abidə büstlərinin ətrafının abadlaşdırılması.
22. Şərur rayon Tumaslı kəndində məktəb binasının yenidən qurulması layihəsi.