Adilzadə İnci Azər qızı, Baş Laborant
Adilzadə İnci Azər qızı 16.05.1995-ci ildə Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olmuşdur. 2001-2012-ci illərdə 705№-li hərbi hissənin tam orta məktəbini bitirmişdir. 2012-2016 – cı illərdə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Texnologiya müəllimliyi” ixtisası üzrə bakalavr səviyyəsini, 2016-2018 – ci illərdə isə “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr səviyyəsini oxumuşdur. 2019-cu ildən “Fənlərin tədrisi metodikası və Texnologiya müəllimliyi” kafedrasında saathesabı müəllim işləyir. 2020-ci ildə Pedaqoji fakültədə Tyutor vəzifəsində çalışmışdır. 2022-ci ildən “Fənlərin tədrisi metodikası və Texnologiya müəllimliyi” kafedrasında baş laborant vəzifəsində çalışır.
Dərc olunmuş elmi əsərləri və proqramlar.
- M.Quliyeva, H.Hümbətova, İ.Adilzadə – Azərbaycan xalçaçılıq sənəti və inkişaf yolları” metodik vəsait. Naxçıvan 2021