
Aidə Üzeyir qızı Qasımzadə
Memarlıq kafedrasının laborantı
E- mail: aidaqasimzade@gmail.com
2 yanvar 1998-ci ildə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kəndində anadan olub. 2004-2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Əli Sultanlı adına 10 № li tam orta məktəbində təhsil almışdır. 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi abidələrin qorunması ixtisasına daxil olub, 2019-ci ildə həmin ixtisas üzrə Naxçıvan Dövlət Universitetini bitirib. 2019-ci ildə Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq ixtisası üzrə magistr pilləsinə daxil olub və 2021-ci ildə bitirib. 2022-ci ildə Naxçıvan Dövlət Universitetinin “Memarlıq” kafedrasında laborant kimi fəaliyyətə başlayıb və hazırda bu vəzifəni icra edir.
Dərc olunmuş elmi əsərləri:
- Naxçıvan Dövlət Tarix Muzeyi milli-mənəvi dəyərimizdir. Naxçıvan Dövlət Universiteti Magistrantların XI Regional Elmi Konfrasının Materialları II cild. 2021. 240 s.
- Bəhruz Kəngərli irsi dövlət qayğısı ilə əhatə olunub. Sumqayıt Dövlət Universiteti Magistrantların XXI Respublika Elmi Konfrasının Materialları, III cild (II hissə), 2021. 471 s.
- Turizmin inkişafında Açıq səma altında Muzeylərin əhəmiyyəti. Beynəlxalq elmi-praktik konfrans.Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası. Bakı, 2022, Cild 22№1 (II hissə), 238 s.
Naxçıvan Dövlət Tarix Muzeyində sərgilənən maddi mədəniyyət nümunələrində yaşadılan ənənələr. Azərbaycan sənətşünaslığında Naxçıvan ənənələri respublika elmi konfrans. Naxçıvan Dövlət Universiteti. Naxçıvan, 2022.