Ali təhsil ocağında “Fövqəlada hallarda Mülki Müdafiə” adlı dərs vəsaitinin təqdimatı keçirilib
Naxçıvan Dövlət Universitetində “Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının dosenti Oktay Rzayevin “Fövqəlada hallarda mülki müdafiə” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Universitetin Pedoqoji fakültəsində keçirilən tədbiri giriş sözüylə açan fakültənin dekani, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev kitabın bu ixtisas üzrə təhsil alan tələbələr üçün mühüm vəsait olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, kitabda hər bir vətəndaşın mülki müdafiəsini təşkil edə biləcəyi məlumatlar, həmçinin bu sahənin yaranma tarixi, rolu və vəzifələri, əhalinin mühafizəsi, zədələnmə ocağında xilasetmə işlərin aparılması, fövqəladə hadisələr zamanı idarəetmənin təşkili kimi mövzular öz əksini tapıb.
Elmi Kitabxananın müdiri Fariz Əhmədov ali təhsil ocağının professor-müəllim heyətinin mütəmadi olaraq nəşr edilən kitablarının kitabxanada saxlanması və işlənməsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Pedaqoji fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov vurğulayıb ki, dərs vəsaitində fövqalada halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi Fövqəladə hallar komissiyalarının yaranması, müasir kütləvi qırğın silahı və onların zədələyici amilləri əsas yer alıb. Diqqətə çatdırılıb ki, kitabda bioloji və kimyəvi silahlar və onlardan qorunma üsulları fövqəladə hallar zamanı ilk tibbi yardımın təşkili, mühafizə qurğularının xususi avadanlığının istismar qaydalarının ətraflı şəkildə izahı verilib.
Dərs vəsaitinin mahiyyəti haqqında məlumat verən “Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə” kafedrasının müəllimi Pərviz Allahverdiyev bildirib ki, mülki müdafiənin dinc yaxud müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsində rolu, sənaye, kənd təsərrüfatı obyektlərinin müdafiəsinin qorunmasının təşkili, zədələnmə ocaqlarında xilasetmə işlərinin aparılması kimi mövzular kitabda əksini tapıb.
Sonda müəllif göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.