Ali təhsil ocağında İrəvan müəllimlər seminariyasının 140-illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində  İrəvan müəllimlər seminariyasının 140-illik yubileyinə həsr olunmuş “İrəvan Müəllimlər Seminariyasına rəhbərlik edən direktorların elmi fəaliyyəti” mövzusunda dəyirmi masa təşkil olunub. Pedaqoji fakültədə keçirilən tədbirdə çıxış edən fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev qeyd edib ki, Azərbaycanın təhsil tarixində əhəmiyyətli rol oynamış təhsil ocaqlarından biri də İrəvan Müəllimlər Seminariyasıdır.

Müzakirədə  “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamı diqqətə çatdırılıb. İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamın mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edildiyi vurğulanıb. Çıxışlarda bildirilib ki, müvafiq Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

Dəyirmi masada iştirak edənlər seminariyaya rəhbərlik edən direktorların elmi fəaliyyəti ilə bağlı öz fikirlərini irəli sürüblər.