Ali təhsil ocağının əcnəbi tələbələri arasında “Azərbaycan dili və mədəniyyəti” mövzusunda intellektual oyun keçirilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Hüquq fakultəsində xarici tələbələrin iştirakı ilə “Azərbaycan dili və mədəniyyəti” adlı intellektual oyun təşkil olunub.

Tədbiri giriş sözü ilə açan universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov universitetdə mütəmadi olaraq bu cür intellektual oyunların keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu bilik yarışmalarının keçirilməsinin əsas məqsədini xarici tələbələrə ölkəmizin tarixini və mədəniyyətini tanıtmaqdır.

Sonra universitetin Xarici tələbələrə iş üzrə dekanı Ceyran Quliyeva tələbələrə yarışda uğurlar arzulayıb.

Tələbələr qaydalar haqqında məlumatlandırıldıqdan sonra oyuna start verilib.

On komandanın fəal iştirak etdiyi oyun bir mərhələli şəkildə həyata keçirilib. Tələbələrə ayrılan 50 sualın sonunda “Şah İsmayıl” komandası qalib olub. “Xocalı” komandası II, “Bəzz qalası” komandası isə III yerin sahibi olub.

Tədbirin sonunda qalib komandalara sertifikatlar verilib.