
Ali təhsil ocağının müəllimi Kifayət Hüseynovanın 65 illik yubileyi keçirilib
Naxçıvan Dövlət Universitetində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Kifayət Hüseynovanın 65 illik yubileyi qeyd edilib. Bu münasibətlə baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev bildirib ki, Kifayət müəllim uzun illər universitetdə çalışıb və ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə və peşəkar kadr hazırlığının təşkilinə həsr edib. Diqqətə çatdırılıb ki, öz bilik və bacarığı ilə işinin öhdəsindən müvəffəqiyyətlə gələn, hörmət qazanan yubilyar peşəkar müəllim kimi yadda qalıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyev, Çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Valeh Əlixanov çıxışlarında yubilyarı təbrik edərək ona xoş sözlər ünvanlayıb, hədiyyələr təqdim ediblər.
Sonda çıxış edən Kifayət Hüseynova təbriklərə və xoş sözlərə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.