Ali təhsil ocağının tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisasının tələbələri ingilis dilində “İqtisadiyyatın qloballaşması mənim baxışım” mövzusunda dəyirmi masa təşkil ediblər
Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən fakültənin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov qeyd edib ki, dəyirmi masa tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisasının tələbələri üçün nəzərdə tutulub. Qeyd edilib ki, artıq 2 ildir adıçəkilən ixtisasa tələbə qəbulu aparılır. Əşrəf Ələkbərov oxuduqları ixtisasın tələbələrə verəcəyi gələcək perspektivləri vurğulayaraq öz təklif və tövsiyyələrini çatdırıb.
Sonra fakültənin müəllimi Elşən Nəsirovun ingilis “Qloballaşma nədir” mövzusunda videoçarxı izlənilib.
Qeyd edək ki, müzakirə iştirakçılarının əksəriyyəti “İqtisadiyyat” ixtisası üzrə ingilis dilində təhsil alan I kurs tələbələri olublar.
Dəyirmi masa tələbələrin “İqtisadiyyatın qloballaşmasına mənim baxışım” adlı mövzusu üzrə öz fikirlərinin müzakirəsi ilə davam edib. Tələbələr iqtisadiyyatın qloballaşmasına dair düşüncələrini maraqlı, əhatəli, aydın şəkildə və ingilis dili bacarıqlarından məharətlə faydalanaraq təqdim ediblər. Tədbirdə müəllim və tələbələrin sualları da aydın cavablandırılıb.