Almaniyalı pianoçu Veronika Glemser Naxçıvan Dövlət Universiteti Konservatoriyası tələbələrinə onlayn ustad birgə təşkilatçılığı ilə onlayn ustad dərsidərsi keçib

Almaniyalı pianoçu Veronika Glemser Naxçıvan Dövlət Universiteti Konservatoriyası tələbələrinə onlayn ustad birgə təşkilatçılığı ilə onlayn ustad dərsidərsi keçib

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservatoriyalarının birgə təşkilatçılığı ilə onlayn ustad dərsi keçirilib. “Vyana klassiklərinin əsərlərinin müxtəlif interpretasiyaları” mövzusunda dərsi Brandenburq Universiteti konservatoriyasının professoru, pianoçu Veronika Glemser keçib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qonağı salamlayıb və ustad dərslərin keçirilməsinin nəzəri və təcrübi əhəmiyyətini qeyd edib.  Qeyd edilib ki, 1998-ci il 11 dekabrında yaradılan İncəsənət fakültəsi 3 kafedra ilə fəaliyyətə başlasa da artıq 7 kafedra ilə fəaliyyətini davam etdirir. Rektor universitet konservatoriyanın malik olduğu imkanlardan danışıb. Diqqətə çatdırılıb ki, fakültədə yaradılacaq elektron filarmoniya gələcəkdə bu cür onlayn tədbirlərin keçirilməsində faydalı olacaq.

Sonra almaniyalı professor Y. Hayd, W. A.Motsart və L. Bethovenin bir neçə sonatasının nümunəsində ştrixlər, nünslar, temp, eyni zamanda obraz üzərində çalışmaq qaydalarını izah edib. Almaniyalı pianoçu vurğulayıb ki, bütün bəstəkarların yaradıcılığında olduğu kimi Vyana klassiklərinin də əsərlərində sadalanan hər bir ifadə vasitəsi əsərin xarakterinə görə müxtəlif şəkildə ifa olunur.

Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İnara Məhərrəmova bildirib ki, fakültə özündə Musiqişünaslıq, Xalq çalğı alətləri ifaçılığı, İnstrumental ifaçılıq  (Fortepiano, Simli alətlər, Nəfəs alətləri), Solo oxuma, Bəstəkarlıq, Dirijorluq, Aktyor sənəti, Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Rəngkarlıq ixtisaslarını birləşdirir.

Müəllim və tələbələrin sualları cavablandırıldıqdan sonra Fortepiano kafedrasının müəllimi Ülvi Əhmədov öz tələbəsi IV kurs tələbəsi Səxavət Rəhimovla birgə Tofiq Quliyevin “Qaytağı” musiqisini ifa ediblər. Pianoçu Veronika Glemser və tədbir iştirakçıları görkəmli bəstəkarın əsərinin yüksək peşəkarlıqla ifasını yüksək zövq və həvəslə dinləyiblər.

Sonda rektor almaniyalı pianoçuya onlayn dərsin keçirilməsinə görə minnətdarlıq edib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi bir ənənə halını almalı, birgə fikir və təcrübə mübadiləsi aparılmalıdır.

Qeyd edək ki, ustad dərsində alman dilindən tərcüməni Naxçıvan Dövlət Universitetinin məzunu, Brandenburq universitetin tələbəsi Gülər Nuri  edib.