Asiman Rizvan oğlu Əliyev
18 iyun 1998-ci ildə Babək rayonunun Zeynəddin kəndində anadan olmuşdur. 2004-cü ildə Zeynəddin kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2015-ci ildə həmin məktəbi bitirmişdir. 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasına daxil olmuşdur. 2017-ci ildə Yeni Azərbaycan Partiyasına üzv olmuşdur. 2019-cu ildə bu ixtisası fərqlənmə diplomu ilə bitirmiş, 2019-cu ildən 2020-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində “İnformasiya texnologiyları və telekommunikasiya sistemləri” ixtisasına daxil olmuş,. 2022-ci ildə magistratura ixtisasını bitirmişdir. İsmayılov Asiman Rizvan oğlu 2022-ci ildə Naxçıvan Dövlət Universitetinin Elektronika və informasiya texnologiyaları kafedrasına bir illik sınaq müddətinə ştat müəllim vəzifəsinə təyin olunmuşdur.
Aşağıdakı elmi əsərləri var:
- İsmayılov Asiman “Neyron texnologiyasının fəaliyyətinin təhlili” Naxcıvan Universiteti, Elmi əsərlər №1, Naxçıvan-2022.
- İsmayılov Asiman “Süni intelektə qeyri-səlis məntiqin rolu” Naxçıvan Dövlət Universiteti, Magistrantların XII regional elmi konfransının materialları, Naxçıvan-2022.