e-mail: asimanismayilov@ndu.edu.az
asimanismayilov1998@gmail.com
18 iyun 1998-ci ildə Babək rayonunun Zeynəddin kəndində anadan olmuşdur. 2004-cü ildə Zeynəddin kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2015-ci ildə həmin məktəbi bitirmişdir. 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasına daxil olmuşdur. 2017-ci ildə Yeni Azərbaycan Partiyasına üzv olmuşdur. 2019-cu ildə bu ixtisası fərqlənmə diplomu ilə bitirmiş, 2019-cu ildən 2020-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində “İnformasiya texnologiyları və telekommunikasiya sistemləri” ixtisasına daxil olmuş,. 2022-ci ildə magistratura ixtisasını bitirmişdir. İsmayılov Asiman Rizvan oğlu 2022-ci ildə Naxçıvan Dövlət Universitetinin Elektronika və informasiya texnologiyaları kafedrasına bir illik sınaq müddətinə 0.5 ştat müəllim vəzifəsinə təyin olunmuşdur.
Dərc olunmuş məqalələri
1. İsmayılov Asiman “Neyron texnologiyasının fəaliyyətinin təhlili” Naxcıvan Universiteti, Elmi əsərlər №1, Naxçıvan-2022.
2. İsmayılov Asiman “Süni intelektə qeyri-səlis məntiqin rolu” Naxçıvan Dövlət Universiteti, Magistrantların XII regional elmi konfransının materialları, Naxçıvan-2022.
3. Seyidov Daşqın və İsmayılov Asiman, “ 3 yığılan qüvvət sıraları cəbrinin rezonanslı monomları olmayan rezonanslı endomorfizmlərinin spektral xassələri” Naxçıvan Dövlət Universiteti, Fizika, riyaziyyat və astronomiyanın aktual problemləri” mövzusunda III Respublika Elmi Konfrans, Naxçıvan-2023.