Author: Abulfaz Aliyev

Mar
02

Erasmus+proqramının PETRA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Təlim-tədris mərkəzi istifadəyə verilib

Naxçıvan Dövlət Universiteti tədrisin Avropa standartlarına uyğun qurulması və təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə təqdim edilmiş layihə əsasında Avropa İttifaqının Erasmus+proqramının PETRA layihəsinə qoşulub. 74 min avro dəyərində olan qrant layihənin tələblərinə uyğun olaraq 2 il ərzində universitet əməkdaşları Macarıstanın Debrecen, Türkiyənin Ankara Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər, Finlandiyanın Jyvaskala, İspaniyanın Valensiya Politexnik Universitetlərində təcrübə kurslarında [...]
DETAIL
Mar
02

Naxçıvan Dövlət Universitetində İnnovasiyaların iqtisadi inkişafda roluna dair konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində “Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu” adlı respublika elmi konfransı keçirilib. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar həm də innovasiya və texnologiyaların inkişafına da öz müsbət təsini göstərir. Müasir dövrdə isə ölkə başçısının [...]
DETAIL
Mar
02

Tibb fakültəsinin tələbələri şagirdləri ilk tibbi yardım qaydaları ilə tanış ediblər

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə tanışlıq görüşü, praktik təcrübələr və “İlk tibbi tardım” simulyasının təqdimatı keçirilib. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov muxtar respublikada təhsilə, elmə göstərilən yüksək dövlət [...]
DETAIL
Fev
27

Naxçıvan Dövlət Universiteti tələbələri Smart tələbə kartlarının imkanlarına dair təqdimatla tanış olub

Naxçıvan Dövlət Universitetində “Smart tələbə kartları üzrə beynəlxalq təcrübə, layihənin ölkə və tələbələr üçün üstünlükləri” mövzusunda təqdimat keçirilib. Universitetin rektoru Elbrus İsayev təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib və layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib. Vurğulanıb ki, smart tələbə kartlarının hazırlanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr [...]
DETAIL
Fev
27

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib

Universitetin əsas korpusunda Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən məqsədilə universitetdə faciə qurbanlarının əziz xatirəsinə həsr edilmiş kitab sərgisi təşkil  edilib. Tələbə və müəllimlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi faktlara söykənən Azərbaycan, türk, ingilis və rus dillərində  nəşr edilmiş kitablarla tanış olub, sərgiyə baxıblar.  İncəsənət fakültəsinin sərgi salonunda isə faciə qurbanlarının əziz xatirəsinə [...]
DETAIL
Fev
20

Ali təhsil ocağında 21 fevral Beynəlxalq Ana Dili günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuş  “Dilimiz milli sərvətimizdir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ana dilinin hər bir xalqın həyatındakı rolundan bəhs edib. 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixindən söz açılıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirilib. Vurğulanıb ki, [...]
DETAIL
Fev
20

Magistrantların elmi-tədqiqat təcrübələrinin başlanğıcı mövzusunda konfrans keçirilib

Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin Akt zalında magistrantların elmi tədqiqat təcrübələrinin başlanğıcı mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev bildirib ki, magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində təcrübənin əhəmiyyəti böyükdür.  Magistratura səviyyəsində istehsalat təcrübəsinin elmi-pedaqoji  və elmi-tədqiqat təcrübəsi adlı iki növü qeyd edilib. Mövcud tədris planına uyğun olaraq magistratura təhsil [...]
DETAIL
Fev
07

Qardaş ölkənin rektorları Naxçıvan Dövlət Universitetində olub

Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha [...]
DETAIL