Author: NduEdu

Mar
27

Naxçıvan Dövlət Universitetində Mətanət Quliyevanın 60 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetində Fənlərin tədrisi metodikası  və texnologiya müəllimliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyevanın 60 illik yubileyi qeyd edilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında keçirilən yubileylərin əsas məqsədi həm müəllimlərin elmi-pedaqoji fəaliyyətlərini qiymətləndirmək, həm də gənc nəslə əsl müəllim olmağın nə qədər şərəfli peşə olduğunu çatdırmaqdır.  [...]
By NduEdu | Təhsil
DETAIL
Mar
27

Naxçıvan Dövlət Universitetində ilk dəfə beynəlxalq “Yer saatı 2023” ekoloji aksiyası keçirilib

İctimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəltmək və enerjiyə qənaətə təşviq etmək məqsədi ilə baş tutan "Yer saatı 2023" ekoloji aksiyası Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. Ekoloji aksiyada universitet rəhbərliyi, fəal gənclər və könüllülər iştirak ediblər. Saat 20:00-da 1 saat ərzində işıqlar söndürülüb, simvolik olaraq şamlarla "60+" yazısı işıqlandırılıb.
By NduEdu | Təhsil
DETAIL
Mar
16

Naxçıvan Dövlət Universitetində Milli-mənəvi dəyərlərimiz mövzusunda elmi-nəzəri seminar keçirilib

Ali təhsil ocağında “Milli-mənəvi dəyərlərimiz, millilik anlayışı, cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərimizin rolu” adlı tədbiri giriş sözü ilə açan universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov bildirib ki, mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikamızın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə [...]
By NduEdu | Təhsil
DETAIL
Mar
16

Naxçıvan Dövlət Universitetinin müəlliminin elmi məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub

Ali təhsil müəssisəsinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılovanın “Uşaq ədəbiyyatının yeni metodologiyaya uyğun yazılması bu günün tələbidir” adlı məqaləsi Braziliyanın Revista EntreLinguas jurnalında dərc edilib.           Müəllif məqalədə ədəbi irsi yenilik işığında araşdırıb, müasir milli düşüncə və zamanın tələbinə uyğun olaraq izah edib. Eyni zamanda məqalədə uşaq [...]
By NduEdu | Təhsil
DETAIL
Mar
16

Naxçıvan Dövlət Universitetində Tələbə İnkişaf Platforması layihəsi çərçivəsində tələbələrlə görüş olub

Naxçıvan Dövlət Universiteti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov universitetdə “Təcrübə və karyera” mərkəzinin yaradıldığını, bu mərkəzdə universitetin məzunlarının gələcək karyeraları ilə bağlı sistemli işlərin görüldüyünü diqqətə [...]
By NduEdu | Təhsil
DETAIL
Mar
16

Naxçıvan Dövlət Universitetində “Ümumi fizika kursu üzrə laboratoriya işləri
kompüter modelləri əsasında” adlı dərs vəsaitinin təqdimatı olub

Ali təhsil müəssisəsinin Elmi kitabxanasında Ümumi və nəzəri fizika kafedrasının baş müəllimi Seyfəddin Cəfərov və müəllim Elgün Tağıyevin birlikdə tərtib edikləri “Ümumi fizika kursu üzrə laboratoriya işləri kompüter modelləri əsasında” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.     Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, kitab Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 29 dekabr 2022-ci il tarixli [...]
By NduEdu | Təhsil
DETAIL
Mar
16

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Naxçıvan folkloru” kitabının müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbir Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.           Universitetin Elmi kitabxanasının müdiri Fariz Əhmədov qonaqları salamlayaraq bildirib ki, müzakirəsi keçirilən Naxçıvan folkloru kitabında bölgə folklor materialının təqdimat üsulu öz elmiliyi ilə [...]
By NduEdu | Təhsil
DETAIL
Mar
13

SOCAR prezidentinin müşaviri Aygün Hüseynova və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Rektor universitetin maddi-texniki bazası, ixtisasları barədə məlumat verib. Vurğulanıb ki, universitetin tələbə kontingenti muxtar respublikadan olmaqla bərabər 20 faizi Azərbaycanın müxtəlif bölgələrindən , digər 20 faiz isə əcnəbi tələbələr hesabınadır. Qeyd olunub ki, ali təhsil ocağında 23 ixtisas üzrə 1700 əcnəbi [...]
By NduEdu | Təhsil
DETAIL