Author: NduEdu

May
05

Azərbaycan Tibb Universitetinin akademiki Sudeif İmamverdiyev Naxçıvan Dövlət Universitetində ustad dərsi keçib

Türk Ağsaqqalları Birliyinin Sədri, Azərbaycan Respublikasının dövlət və elm xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, uroloq, akademik Sudeif İmamverdiyev Tibb fakültəsinin müəllim və tələbələri üçün ustad dərsi keçib. Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev uzun illər tibb elminin inkişafında xüsusi xidmətləri ilə seçilən, ömrünün [...]
By NduEdu | Təhsil
DETAIL

Türk Ağsaqqallar Birliyinin sədri və təşkilat komitəsinin üzvləri Naxçıvan Dövlət Universitetində olub

Universitetin Diplomatiya kabinəsində keçirilən görüşdə  ali təhsil ocağının rektoru Elbrus İsayev rəhbərlik etdiyi universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqda danışıb. Qeyd edilib ki, universitetdə 8000-dən artıq tələbə təhsili ilə 1000-ə yaxın akademik heyət məşğul olur. Rektor universitetin beynəlxalq əlaqələri, xarici ölkə universitetləri ilə bağladığı müqavilələr, qardaş Türkiyə Universitetləri ilə [...]
By NduEdu | Təhsil
DETAIL

Türk Ağsaqqalları Birliyinin, tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti Naxçıvana səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin muzeyini ziyarət ediblər

Türk Ağsaqqalları Birliyinin sədri və tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti Naxçıvanda səfər çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər.  Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı  muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara məlumat verib ki, Azərbaycan xalqının ümummilli lideri [...]
By NduEdu | Təhsil
DETAIL

Yaponiyada yaşayan azərbaycanlı alim Xəlil Kələntər Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan Dövlət Universitetində keçirilən görüş zamanı ali təhsil ocağının rektoru Elbrus İsayev X.Kələntəri universitetin kollektivi adından salamlayaraq onun elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib. Bildirilib ki, professor Xəlil Kələntər əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan alimdir. Bütün dünyada elektronika sahəsində tədris olunan onlarla kitabın, çoxsaylı elmi məqalələrin müəllifi olan X.Kələntər həm [...]
By NduEdu | Təhsil
DETAIL

Tibb fakültəsinin “Sağlam gənclik, sağlam gələcək!” layihəsi çərçivəsində növbəti görüşü Ordubad şəhər tam orta internat məktəbində şagirdləriylə olub

Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsəvər Əsədov tədbirin məqsəd və vəzifələrindən danışıb.  İlk tibbi yardımın mahiyyətindən danışan dekan gənclərin ilk tibbi yardım haqqında  anlayışa malik olmalarının böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, şagirdlərlə keçirilən bu cür maarifləndirici görüşlərin önəmini vurğulayıb. Elsevər Əsədov Tibb fakültəsi [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin solo konserti keçirilib

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Etiqad Seyidov Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kollecinin müəllimi Elman Əliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Zəngin bədii irsi ilə birgə dəyərli sənətkarın çoxşaxəli pedaqoji fəaliyyəti də qiymətləndirilib. Sənətkar haqqında ətraflı məlumat verdikdən sonra Səid Rüstəmovun [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçıvan Dövlət Universitetində Fizika, Astronomiya və Riyaziyyatın aktual problemləri mövzusunda respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində keçirilən konfransda Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək qeyd edib ki, konfransın məqsədi Fizika, Astronomiya və Riyaziyyatın əsas istiqamətləri ilə bağlı aktual elmi müzakirələr aparmaq, əldə ediləcək elmi-nəzəri nəticələrin  təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdən, həmçinin kosmik fəzanın elmi cəhətdən öyrənilməsinə nail olmaqdan ibarətdir. Elmi [...]
By NduEdu | Təhsil
DETAIL

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında sənayenin davamlı inkişafında innovasiyalaraın rolu” mövzusunda respublika elmi konfransı keçirilib

Konfransı açıq elan edən ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Vurğulanıb ki, son dövrlərdə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. [...]
By NduEdu | Təhsil
DETAIL