Aygün Hacı qızı Sultanova
Fizika üzrə fəlsəfə doktoru, dosent
1961-ci ildə Naxçivan MR Ordubad şəhərində anadan olmuşdur. 1968-ci ildə Naxçivan şəhər 4 nömrəli məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 1978-ci ildə Naxçıvan Şəhərində orta məktəbi bitirmişdir. 1978-ci ildə Baki Dövlət Universitetinin Fizika fakültəsinə eksperiment yolu ilə qəbul olunmuşdur. 1983-cü ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1983-cü ildə Naxçıvan Pedaqoji İnstitutunda baş labarant işləmişdir. 1996-cı ildə Naxçıvan Dövlət Universitetində müəllim, 2002-ci ildə baş müəllim vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda “Zn,CO2,Se2”və cdCa2S4 monokristallarınin optik xassələri və qeyri tarazlıq prossesləri mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2007-ci ildə NDU-Fizika-Riyaziyyat fakültəsinin “Ümumi və nəzəri fizika”Kafedrasına dosent vəzifəsinə təyin edilmişdir.