Məmmədova Aynur Samiddin qızı
Müəllim
E- mail: aynurmammadova44@ gmail.com
1975-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Ü.Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunu fərqlənmə diplomu ilə (fortepiano ixtisası üzrə), 1998-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını musiqişünaslıq ixtisası üzrə, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Folklorşünaslıq və mifologiya ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1990-cı ildən 1994-cü ilədək Nehrəm kənd uşaq musiqi məktəbində müəllim kimi başlamışdır. 1994 – cü ildən Naxçıvan Musiqi Texnikumunda müəllim-konsertmeyster vəzifəsində çalışmışdır. 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində əvvəl saathesabı, 2015-ci ildən isə ştat üzrə müəllimi kimi fəaliyyət göstərir. Hal -hazırda “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimidir.
Dərc olunmuş elmi əsərləri:
- Ü.Hacıbəylinin dramaturgiyası. Məqalə, Az.Resp.Təhsil Nazirliyi. NDU. Elmi əsərlər (humanitar elmlər seriyası) № 1 (102), II cild, Naxçıvan, 2020, 168-172s.
- Azərbaycan ladlarına konsepsial nöqteyi-nəzərdən bir baxış. Məqalə, AMEA Naçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar”, № 1, Naxçıvan, “Tusi” – 2022, cild 16, 136-140 s.
- Süleyman Ələsgərov yaradıcılığında teatr, operetta janrında yaratdığı əsərlər. Məqalə, Buta, Uluslararası Bilimsel Araştırmalar Dergisi 2(7) 2022, Kars/ Türkiyə. 69-75 s.
- Naxçıvanın ifaçı sənətkarı. Publisistik məqalə. NDU. “Yeni fikir” qəzeti 12.05.2022 №3(45), 16 s.