Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Naxçıvan Dövlət Universiteti üçün onlayn ustad dərsi keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Naxçıvan Dövlət Universiteti üçün onlayn ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi “Teatr və mədəniyyətşünaslıq” kafedrasında onlayn ustad dərsi keçirilib. “Teatr insanın zamandaşı kimi, antik dövrdən bugünədək” mövzusunda dərsi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, teatrşünas Vidadi Qafarov  keçib.

Teatrşünas alim teatrın yaranmasından bu günə qədər keçdiyi zamana nəzər salıb. Teatrın insan cəmiyyətində oynadığı “insanın zamandaşı” rolu özünəməxsus tərzdə, aydın və yığcam şəkildə seminar iştirakçılarına çatdırılıb. Vidadi Qafarov yeni dövr teatrının  antik dövrdə mövcud olmuş xəttdən o qədər də kənara çıxmadığını qeyd edib, teatra naturalizm, dadaizm, ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi cərəyanların təsirindən danışıb.  Teatr sənətinin inkişafında müstəsna xidmətləri olan şəxslərin rolu qiymətlədirilib.

Sonda müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.