Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə NDU tələbələrinə onlayn seminar keçib

Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə NDU tələbələrinə onlayn seminar keçib

Naxçıvan Dövlət Universitetində növbəti onlayn seminar Konservatoriyada təşkil edilib. “Azərbaycan musiqi mədəniyyətinin inkişafı” mövzusunda elmi seminarı Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə keçib.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı seminar iştirakçılarını salamlayıb və keçirilən ustad dərslərinin əhəmiyyətini qeyd edib. Mözvu aktuallığı ilə seçilən seminarın işinə uğurlar arzulayıb.

Professor Azərbaycan muğamlarının müqayisəli təhlilinə geniş yer verib. Qeyd edilib ki, muğam  Şərq xalqlarına mənsub milli, şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Bildirilib ki, Azərbaycan xalq musiqisinin əsasını təşkil edən muğamların “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” adlı 7 əsas növü vardır. Professor kamança, tütək, zurna alətlərində canlı ifalar etməklə seminarın təcrübi əhəmiyyətini artırıb.    Seminarda müəllim və tələbələrin sualları cavablandırılıb.