Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən NDU-da “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən NDU-da “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə universitetin müəllim və tələbə kollektivi üçün “Maliyyə savadlılığı layihəsi” çərçivəsində “Açıq bankçılıq” mövzusunda təlim keçirilib.

Təlimdə universitetin rektoru, dosent Elbrus İsayev Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinin tələbələr üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq, müasir bank məhsul və xidmətlərinə günümüzdə böyük kütlə tərəfindən maraq göstərilməsinin mövcud sahədə baş verən innovativ inkişafın bariz nümunəsi olduğunu bildirib.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev təlimin əsas məqsədinin region əhalisi arasında bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda yenilikçi bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Sonra tədbirə onlayn qoşulan Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Fərid Osmanov və “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Ruslan Talıbov qarşılıqlı əməkdaşlıq çərçivəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və regionda əhalinin bank savadlılığının artırılması istiqamətində marifləndirici seminar və təlimlərin təşkil olunmasına bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini vurğulayıb.

Daha sonraİdarənin əməkdaşları tərəfindən fintex anlayışı və təkamülü, onun formaları, açıq bankçılıq və onun üstünlükləri, kibergigiyena qaydaları və s. mövzular haqqında iştirakçılara məlumat verilib.

Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib, qalib şəxslərə hədiyyələr təqdim olunub.

Leave a Reply

Your email address will not be published.