
Elan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamdan irəli gələrək hazırlanmış tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Universitetində “Elmi əsərlər” jurnalının “İctimai elmlər” və “Humanitar elmlər” seriyalarının profilinə uyğun olaraq “Xüsusi buraxılış” hazırlanacaqdır. Heydər Əliyev ilinə həsr olunan xüsusi buraxılış üçün məqalə qəbulu elan olunur.
Məqalələrin qəbulu ilə bağlı tarixlər: | Məqalələrin qəbul ediləcəyi bölmələr: |
Məqalələrin qəbulu 1-20 mart 2023-cü il tarixləri arasında həyata keçirilir;Məqalələrin dəyərləndirilməsi 20-31-mart 2023-cü il tarixlərdə aparılacaq;Xüsusi buraxılışın nəşri 2023-cü ilin aprel ayının sonuna nəzərdə tutulur. | -Heydər Əliyev və Azərbaycan tarixi; -Heydər Əliyev və Azərbaycan dili; -Heydər Əliyev və Azərbaycan ədəbiyyatı; -Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı; -Heydər Əliyev və Azərbaycan mədəniyyəti; – Heydər Əliyev və Azərbaycanda hüquq elmi; -Heydər Əliyev və Azərbaycanda pedaqoji fikir; -Heydər Əliyev və Azərbaycanda idman siyasəti; -Heydər Əliyev və Azərbaycan diplomatiyası; -Heydər Əliyev və Azərbaycan elmi; -Heydər Əliyev və Azərbaycan gənclər siyasəti. |
MƏQALƏLƏR AŞAĞIDAKI QAYDALARA UYĞUN ŞƏKİLDƏ TƏRTİB OLUNMALIDIR:
1. Məqalənin mətni – 17 sm x 25 sm formatında, sətirlərarası – 1 intervalla, Times New Roman-12 (Azərbaycan dilində – latın, rus dilində – kiril, ingilis dilində – ingilis əlifbası ilə) şrifti ilə yığılmalıdır.
2. Müəllifin (müəlliflərin) adı və soyadı, elmi dərəcəsi tam şəkildə yazılmalı, elektron poçt ünvanı, çalışdığı müəssisənin (təşkilatın) adı göstərilməlidir.
3. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər verilməlidir (açar sözlər məqalənin və xülasələrin yazıldığı dildə olmalıdır).
Məqalələr və xülasələr (üç dildə) kompyuterdə çap olunmuş şəkildə CD-lə (disklə) birlikdə təqdim edilməlidir, CD-lər geri qaytarılmır.
4. Ədəbiyyat siyahısı AAK-ın “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan Təlimatının “İstifadə edilmiş ədəbiyyat” bölməsinin 10.2-10.4.6 tələblərinə uyğun tərtib olunmalıdır.
5. Məqalənin xülasəsi və açar sözləri rus və ingilis dillərində olmalıdır (150-200 söz)
Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri kitabın adı ilə tərtib edilir. Məs.: Həbibbəyli İ.Ə. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, Nurlan, 2007, 696 s.
Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə verilir. Məs.: Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan. Naxçıvan: Əcəmi, 2010, 300 s.
Çoxcildli nəşrə aşağıdakı kimi istinad edilir. Məs.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə, I cild, Bakı, Lider nəşriyyat, 2004, 440 s.
Məqalələrin təsviri aşağıdakı şəkildə olmalıdır: Məs.: Hacıyev İ.M. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, bunun qarşısının alınması. // NDU-nun Elmi əsərləri. İctimai elmlər seriyası, 2011, №1, s.13-18
Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbələr belə göstərilir: Məs.: Həbibbəyli İ.Ə. Naxçıvan şəhərinin yaşı-beş min il./ “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi-praktik konfransın materialları. Bakı: Nurlan, 2007, s.20-27
Dissertasiyaya aşağıdakı kimi istinad olmalıdır: Məs.: Həsənli O.Q. Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi: Pedaqoji elm.dok. … . dis. Naxçıvan, 2005, 240 s.
Dissertasiyanın avtoreferatına da eyni qaydalarla istinad edilir, yalnız “avtoreferat” sözü əlavə olunur.
Qəzet materiallarına istinad belə olmalıdır: Məs.: Şeremetyevski P.A. Naxçıvanın duz yataqları. “525-ci qəzet” qəz., Bakı, 28 iyul 2012
Arxiv materiallarına aşağıdakı kimi istinad edilir. Məs.: Naxçıvan MDTA: f.19, siy.3, iş 56 v.7-9
İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir.
Qeyd: Məqalələrin standartları yuxarıdakı tələblərə uyğun olmalı ümumilikdə həcmi 7 səhifəni keçməməlidir.