Azərbaycan Tibb Universitetinin professoru, əməkdar həkim Naxçıvan Dövlət Universiteti Tibb fakultəsi müəllim və tələbələri üçün ustad dərsi keçib

Azərbaycan Tibb Universitetinin professoru, əməkdar həkim Naxçıvan Dövlət Universiteti Tibb fakultəsi müəllim və tələbələri üçün ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində Azərbaycan Tibb Universitetinin professoru, Əməkdar həkim, Azərbaycanda “Bioloji təbabət və antihomotoksit kimya cəmiyyətinin sədri, bioloji təbabət üzrə ekspert, həkim- terapevt, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli “Biotəmizləyici terapiya inteqrativ tibbin tərkib hissəsidir” adlı ustad dərsi keçib. Professor həkimlik sənətinin həm şərəfli, həm də çətin məqamlarına toxunub. Bildirilib ki, bu gün dünyanın inkişaf etmiş bir çox ölkələrində özünə böyük inam  və etibar qazanmış İnteqrativ Təbabət artıq Azərbaycanda da özünü təsdiqləməkdədir. Bu təbabət növü həkimlərdən daha dərin bilik tələb edir. Xroniki xəstəliklərin kompleks, polietioloji  müalicəsində inteqrativ tibbin rolundan danışan Fikriyyə İbrahimli qeyd edib ki, Şərq təbabətinin bəzi üsulları xroniki xəstəliklərin müalicəsində daha üstün mövqeyə malikdir. Professor Şərq və Qərb təbabətinin birləşməsindən doğan inteqrativ təbabəti gələcəyin təbabəti adlandırıb.

Bildirilib ki, inteqrativ təbabət 38 ölkədə tədris edilir. Peşəkar həkim olmaq üçün savadlı kadr olmaqla bərabər öz xəstələrinə xoş və səmimi münasibət göstərməyin vacibi vurğulanıb.

Sonda Tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva əməkdar həkimə keçirilən ustad dərsinə görə öz minnətdarlığını ifadə edib.