“Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” layihəsinin azərbaycanlı iştirakçıları ilə onlayn seminarı təşkil olunub

“Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” layihəsinin azərbaycanlı iştirakçıları ilə onlayn seminarı təşkil olunub

Seminarı giriş sözü ilə açan Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Keyfiyyətin Təminatı” şöbəsinin müdiri, dosent Qalib Şərifov seminarın məqsədi haqda məlumat verib.

Onlayn platforma üzərindən keçirilən seminarada təhsilin keyfiyyətinin qiymətləndirmə meyarları, elmi tədqiqatların strategiyası və əsas məqsədləri, tədqiqata aid strateji tələblər, təlim və tədris vasitələri, qiymətləndirmə prosesi, tədqiqat keyfiyyətinin saxlanılması və bir çox mühüm məqamlara aydınlıq gətirilib.

Təhsildə keyfiyyət sisteminin inkişafı və tətbiqində əsas problemlər, keyfiyyət sisteminin uzun müddətli effektiv fəaliyyəti, universitetlərdə təhsilin keyfiyyətinin artırılması üçün zəruri hesab olunan fəaliyyətlər, universitetlərdə təhsilin keyfiyyətinin monitorinqi və keyfiyyət göstəriciləri mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin qatıldığı seminarda müəllim, tələbələr və işəgötürənlərin iştirakı ilə dəyirmi masada bir çox mühüm məsələlər müzakirə olunub.