Magistraturaya qəbul olunmuş bakalavrların nəzərinə!

Magistraturaya qəbul olunmuş bakalavrların nəzərinə!

B İ L D İ R İ Ş

Naxçıvan Dövlət Universitetinin Magistratura təhsil səviyyəsinə qəbul olunmuş bakalavrlar 15 iyul – 25 iyul 2022-ci il tarixlərində aşağıdakı sənədlərin PDF formatında surətlərini https://portal.edu.az/  saytına daxil olmaqla, yerləşdirib qeydiyyatdan keçməlidirlər.

  1. Cari ilin məzunları bitirdikləri ali məktəbin tədris şöbəsindən Universiteti bitirmələri haqqında diplomu əvəz edəcək arayış;
  2. Əvvəlki illərin məzunları bakalavr diplomunun və qiymət cədvəlinin surəti; (notarial təsdiqə ehtiyac yoxdur)
  3. Şəxsiyyət vəsiqəsinin surəti ; (notarial təsdiqə ehtiyac yoxdur)
  4. Bakalavrın imtahan nəticəsi haqqında məlumat ( istifadəçi adı və parol şifrəsini
    daxil etməklə DİM-nın saytından qəbul haqqında çıxarış);
  5. Tərcümeyi-hal;
  6. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqının ödənilməsi haqqında qəbz
    (Naxçıvan bankına ödənilməklə);
  7. Təhsil haqqından azad olunanlar (məcburu köçkün və bu qəbildən olan digər
    vətəndaşlar) azad olunmalarını təsdiq edən sənədlərin notarial qaydada təsdiq
    olunmuş surətlərini də sayta yerləşdirməlidirlər.
  8. Vahid geyim formasının alınması haqqında qəbz: Tikiş fabriki (Şəfa
    xəstəxanasının yanı). (Digər regionlardan olan magistrantlar sentyabrda
    universitetə gəldiyi zaman geyim formasını mütləq almalıdırlar).
  9. Magistrantın əlaqə telefonları.

Qeyd: Bu sənədlərin kağız fomasını magistrantlar universitetə təqdim etməlidirlər.
Magistratura mərkəzi əlaqə telefonları
050-370-12-59

WhatsApp: 070-370-12-60

(036) 544-08-61 

Daxili telefon:33-00

 

Leave a Reply

Your email address will not be published.