Babayeva Sevinc Məmmədəli qızı

Azərbaycan və Beynəlxalq müsabiqələrin  “Qran Pri” mükafatçısı,Prezident mükafatçısı.

e-mail :sevincb1992@gmail.com

Babayeva Sevinc Məmmədəli qızı 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007 ci illərdə Naxçıvan Muxtar Respublika müsabiqələrinin  5 dəfə  I dərəcəli  laureatı, 2008-ci ildə Azərbaycan I Respublika müsabiqəsinin “Qran Pri” mükafatına laiq görülüb. 2007 – ci ildə Naxçıvan Musiqi  Kollecinə daxil olub, 2009-cu ixtisası üzrə “Fərqlənmə” diplomu ilə bitirib. Elə həmin ildə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinə daxil olmuş və 2015-ci ildə buranı Xalq çalğı alətləri ifaçılığı ixtisasısı üzrə  “Fərqlənmə” diplomu ilə bitirmişdir. 2016 – ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsinə daxil olub və 2018-ci ildə təhsilini  Musiqi Tənqidi ixtisası üzrə “Fərqlənmə” diplomu ilə bitirmişdir.  Pedaqoji fəaliyyətə başlayan Babayeva Sevinc  2011-2022- ci ilərdə Ərtoğrol Cavid adına Uşaq musiqi və Bədii sənətkarlıq məktəbində qanun müəllimi kimi fəaliyyət göstərmişdir. 2021-ci ildə Prezident mükafatına laiq görülüb. Elə həmin ildə Americada keçirilən America Editation beynəlxalq müsabiqəsində “Qran Pri” mükafatına laiq görülmüşdür. 2022-ci ildə Naxçıvan Dövlət Universiteti  Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərmişdir. 2022-ci ilin sentyabrından Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır.

 DƏRS VƏSAİTLƏRİ

1. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva və Sevinc Babayevanın həmmüəllifi olduqları “Rus musiqi  ədəbiyyatı” I hissə .Naxçıvan,  Əcəmi nəşriyyat, 2020 ,s.308

2. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva və Sevinc Babayevanın həmmüəllifi olduqları “Rus musiqi  ədəbiyyatı” II hissə .Naxçıvan, Əcəmi nəşriyyat, 2021, s.315.

MƏQALƏLƏR

1.Babayeva S.M. Muğam elminin kamil alimi”. Magistrantların XVIII Respublika elmi konfranslarının materialları.Sumqayıt,2018. s.344-345.

2.Babayeva S.M. Klassik poeziya və orta əsr musiqişünaslarının irsində ud alətinin tədqiqi”. Naxçıvan Dövlət Universiteti “Qeyrət” nəş. Elmi əsərlər 2018. s.90-91.