Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev Naxçıvan Dövlət Universitetində elmi-nəzəri seminar keçib

Ali təhsil ocağının Fizika-riyaziyyat fakültəsində “Günəş sisteminin kiçik cisimləri” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov qeyd edib ki, fizika elmində göy cisimlərinin öyrənilməsi mühüm əlamətlərdən biridir. Bildirilib ki, bu iş üzrə fakültədə mütəmadi tədbirlər keçirilir, tələbələr ekskursiyalara cəlb olunur.

Daha sonra AMEA-nın Naxçıvan bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, dosent Qulu Həziyev  göy cisimləri haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, Günəşin ətrafında hərəkət edən cisimlər əsasən üç yerə bölünür ki, bunlar planetlərcırtdan planetlər və kiçik Günəş sistemi cisimləridir. Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq MerkuriVeneraYerMarsYupiterSaturnUran və Neptundur ki, bu səkkiz planetin altısının ətrafında dolanan təbii peykləri vardır.  Diqqətə çatdırılıb ki, Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planet və onların məlum 166 təbii peyki, beş cırtdan planet və onların məlum altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlərKoyper qurşağındakı cisimlər, kometlərmeteorlar və planetlərarası mühit-qaz və toz daxildir. Qulu Həziyev Asteroid qurşağı haqqında danışarkən qeyd edib ki, asteroidlər qaya və uçucu olmayan minerallardan ibarət olan kiçik Günəş sistemi cisimləridir.  Batabat Astrofizika Rəsədxanasının direktoru Koyper qurşağından bəhs edərkən bildirib ki, bu qurşaq  Asteroid qurşağına oxşar şəkildə dağıntılardan ibarət olan halqadır, ancaq əsasən buzdan meydana gəlib

Sonda meteoritin yer kürəsinə dəymə anında baş verə biləcək hadisələri göstərən,  vizual formada hazırlanan videoçarxa baxış olub.