Baxşəli Sədəli oğlu Mazanov
Meliorasiya və geodeziya mühəndisliyi kafedrasının müəllimi
E- mail: baxchelimazanov1953@gmail.com
2 mart 1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1960-cı ildə Naxçıvan rayon Qaraçuq kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, həmin məktəbi 1970 -ci ildə bitirmişdir. 1970- ci ildə Azərbaycan Politexnik İnstitutunun, İnşaat fakultəsinin, Sənaye və Mülki Tikinti ixtisasına daxil olmuş, 1975-ci ildə həmin institutu bitirərək İnşaat-mühəndisi ixtisası almışdır.1975-ci ildə təyinatla SSRİ- Sənaye Tikintisi nazirliyinin sərəncamına göndərilmişdir.1975-1977-ci illərdə “Murmansk sənaye tikinti ” trestinin 1№-li Tikinti Quraşdərma idarəsində tikinti ustası vəzifəsində çalışmışdır. 1977-1979 -cu illərdə SSRİ Silahlı qüvvələrində leytenat rütbəsində qulluq etmişdir.1979-cu ilin noyabr ayindan 1980-ci ilin fevral ayının sonuna kimi Babək rayon Kənd Təsərrüfatı idarəsində, Tikintiyə Texniki Nəzarət mühəndisi vəzifəsində çalışmışdır. 28 noyabr 1980-cı il tarixdən 10 may 2016-cı il tarixədək Naxçıvan MR kənd Təsərrüfatı nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.(Tikinti üzrə mühəndis , Tikinti üzrə baş mühəndis, Əsaslı tikinti və Yenidənqurma şöbəsinin rəisi , Tikinti üzrə baş mütəxəssis , Aparıcı mütəxəsis, baş mütəxəssis, 25 dekabr 2004-cü il tarixdən 10 may 2016- il tarixədək baş məsləhətçi 1-ci dərəcə dövət qulluqçusu ). Baxşəli Mazanov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014- cü il 31 oktyabr tarixli Sərəncaamı ilə “Naxçıvan Muxttar Respublikasına xidmətlərə görə “ nişanı ilə təltif edilmişdir.
2016-cı ilin sentyabrindan Naxçıvan Dövlət Universtetində müəllim işləyir.
Ailəlidir. 2 övladı var.
- Naxçıvan şəhəri və onun ətraf rayonlarında memarlıq üslubuna uyğun ekologiya parklarının və xiyabanlarının salınmasının bioekoloji xüsusiyyətləri, NDU-Elmi əsərlər jurnalı, İctimai elmlər seriyası-2020. (Məqalə)
- Q.Ə.Əliyev, B.S.Mazanov, H.B.Əsədov. “Orta əsr Naxçıvan türbələrinin memarlıq xüsusiyyətləri və konstruksiyalarının hesablanması” adlı monoqrafiya. Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi, 2022-ci il, 200 səh.