
Baytarlıq təbabəti ixtisasının tələbələri Dövlət Baytarlıq Xidməti ilə tanış olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti ” ixtisasının II kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində onlar üçün yaradılan şəraitlə tanış olublar.
Xidmətin əməkdaşları tərəfindən laboratoriyalar, onların iş imkanları, virusologiya və bakterologiya avadanlıqları, mikroskoplar, zəhərli maddələrin tərkibi, onların heyvan orqanizminə təsir mexanizmi, müalicə və profilaktika üsulları, radioktiv maddələr, bitki və heyvan mənşəli bakterialar, infeksiyalar, qandan hepatit testlərinin götürülməsi qaydası haqqında tələbələrə əyani olaraq ətraflı məlumat verilib.
Sonda tələbələr avadanlıqlar üzərində praktik işlər aparıb.